İrana qarşı məxfi İsrail-ABŞ anlaşması
Ağ Evdə üç qrup yaradıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
Ağ Evdə keçirilmiş məxfi danışıqlar zamanı İsraillə ABŞ İrana qarşı birgə fəaliyyət planını işləyib hazırlayıblar. Virtualaz.org xəbər verir ki, belə məlumatla İsrailin «Channel 10» telekanalı çıxış edib. Məxfi danışıqlar dekabrın 12-də keçirilib, bu barədə məlumat indi sızdırılıb.
Bu məlumata əsasən dekabrın 12-də İsraildən baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Meir Ben-Şabatın rəhbərlik etdiyi nümayəndə heyəti gedib. Onlar Ağ evdə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Herbert Makmasterin rəhbərliyi ilə danışıqlar aparan qrupla görüşüblər. ABŞ tərəfdən danışıqlarda prezident Donald Trampın komandasının üzvləri, Dövlət Departamentinin, Pentaqonun, kəşfiyyatın nümayəndələri də qatılıblar.
İki gün çəkən danışıqların nəticəsi olaraq tərəflər üç birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər. Həmin qrupların hər birinin qarşısında müəyyən hədəflər dayanacaq.
Birinci qrup İranın nüvə proqramına qarşı fəaliyyətə cavabdeh olacaq. Həmin qrupun üzvləri müəyyən edəcəklər ki, Tehranın nüvə proqramı üzərində mövcud razılaşma, yəni «altılar»la İran arasında əldə edilmiş nüvə razılaşması çərçivəsində nəzarəti necə gücləndirmək olar. Habelə bu razılaşmadan kənarda hansı tədbirlərin görülə biləcəyi araşdırılacaq. Bundan əlavə qrup Tehranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün məxfi əməliyyatlar da keçirəcək.
İkinci qrup Tehranın regionda təsirini məhdudlaşdırmalı və onun «Hizbullah»la , o cümlədən regiondakı digər radikal qruplaşmalarla əlaqələrini məhdudlaşdırmalıdır. Bundan əlavə qrup Suriyadakı müharibənin başa çatmasından sonra qüvvəyə minəcək fəaliyyət planına görə cavabdeh olacaq. Həmin fəaliyyət planı məxfidir.
Üçüncü qrupun fəaliyyəti isə Tehranın raket proqramları üzərində cəmləşəcək. Təl-Əvivdəki və Vaşinqtondakı mənbələr ABŞ-la İsrail arasında İrana dair strateji razılaşma əldə edildiyini təsdiqləyiblər, lakin əlavə şərh verməyiblər.
Qeyd edək ki, ABŞ-ın indiki administrasiyası İrana qarşı sərt xətt yürüdür. Prezident Tramp dəfələrlə ABŞ-ın İranla nüvə razılaşmasını ləğv edəcəyi ilə hədələyib, Tehranı regiondakı bütün problemlərin səbəbkarı kimi göstərib. Tramp habelə İrana qarşı başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ölkələri ilə də sövdələşmə içərisindədir.