vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:16 | 4 yanvar 2018 | Cümə axşamı Məqaləyə 3113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kim Çen Inın raketi «öz başı»na düşdü

Şimali Koreyanın uğursuz sınağı bir şəhəri viran qoyub

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreyanın Pxenyan-Namdo əyalətində ordunun apardığı uğursuz raket sınağı nəticəsində raketlərdən biri Tokçhon şəhərinə düşüb. Bu barədə «The Diplomat» ABŞ hökumətində KXDR-nin raket proqramının monitorinqini aparan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, insident aprelin 28-də baş verib. Sunçhonun şəhərinin kənarından buraxılan «Hvason-12» ballistik raketi 70 km yüksəkliyə qalxıb, bir müddət sonra isə şəhərə düşərək, bir sıra sənaye və kənd təsərrüfatı obyektlərinə ciddi ziyan vurub.

Dərgi sübut olaraq bir neçə fakt göstərib. Məsələn, iyul ayında KXDR-də «Hvason-14» ballistik raketinin ilk uğurlu buraxılışına həsr olunmuş konsert keçirilib. Həmin konsertdə ölkənin Kim İr Senin hakimiyyət illərindən başlayan raket proqramının tarixi - videoicmalı nümayiş olunub.

Videoçarxda «Hvason-12» raket buraxılışının KXDR lideri Kim Çen Inın iştirakı ili keçirilən hər 3 təftişindən təsvirlər təqdim olunub.

«The Diplomat» qeyd edir ki, hər üç buraxılış uğurlu olsaydı, ölkənin rəsmi «təbliğat maşını» mütləq onlar barədə danışardı.

Bundan başqa, dərgi «Google Earth» xidmətindən çəkilmiş peyk təsvirini yayıb. Həmin təsvirdə dağılmış tikililəri görmək mümkündür. Peyk fotoçəkilişinin təxmini müddəti 26-29 aprel göstərilib.

Məhz həmin tarixdə Şimali Koreyanın növbəti ballistik raket sınağı iflasa uğramışdı.

«Hvason-12» maye halında olan, özüalışan yanacaqla işləyir, düşdüyü ərazidə güclü partlayışa və böyük dağıntılara səbəb ola bilir. Dərgiyə görə, raketin düşdüyü məkanın coğrafi xüsusiyyətlərinə əsasən, həmin ərazidə insan itkisi olmaya da bilər; bu məlumatları dəqiqləşdirmək mümkün deyil. Ancaq raketin trayektoriyasında cüzi dəyişiklik ağır fəsadlara yol aça bilərdi.