vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNƏTÇİ  
18:35 | 29 aprel 2018 | Bazar Məqaləyə 2229 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nə etsək də qocalırıq”

Rasim Balayev daha səhnəyə qayıtmaq istəmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın xalq artisti, istedadlı aktyor Rasim Balayevin səhhəti normallaşıb. Bu barədə Modern.az-a R.Balayev özü məlumat verib.

Bu ilin mart ayında Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuş aktyor ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:

“Demək olar ki, yaxşıyam. Aradabir həkim müayinəsinə gedib-gəlirəm. Nəticələr pis deyil. Həm yaş da artıq öz sözünü deyir, nə etsək də qocalırıq”.

Yenidən səhnələrə qayıtmasına gəlincə, aktyor Azərbaycan kinosunun hazırkı vəziyyətindən xeyli şikayətlənərək, bu barədə düşünmədiyini vurğulayıb.

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alındı. Xalq artistinin müalicə xərcləri dövlət tərəfindən ödənilib. R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.