vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
İNCƏSƏNƏT  
12:55 | 28 dekabr 2022 | Çərşənbə Məqaləyə 10019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aldım tablo, satdım tablo...

Bu il hərraclarda Azərbaycanın büdcəsi həcmdə satış olub

MÖVZU İLƏ ƏLAQƏLİ

2022-ci ildə “Christie’s”, “Sotheby’s” və “Phillips” hərrac evləri tərəfindən satılan incəsənət əsərlərinin ümumi dəyəri 18 milyard dollara çatıb. Bu da incəsənət sahəsi üçün rekord göstəricidir.

Bu il satışların statistikası üzrə ən bahalı rəsm əsərlərinin siyahısı da açıqlanıb.

Reytinqdə birinci yeri amerikalı rəssam Endi Uorholun ən məşhur əsərlərindən biri – Merilin Monroya həsr olunmuş “Shot Sage Blue Marilyn” portreti qazanıb. Rekord satış məbləği 195 milyon dollar olan portret ən bahalı sənət əsəri kimi siyahıda yer alıb.

İkinci yerdə Corc Seuratın “The Models” tablosudur. Bu il “Christie’s” hərracında fransız rəssamın əsəri 149 milyon dollara satılıb.

Üçüncü sırada isə fransız postimpressionist Pol Sezannın “Seint-Viktuar dağı” tablosu yer alıb. Bu rəsm əsəri üçün 138 milyon dollar ödənilib.