vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
18:34 | 15 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 1445 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər addımları müşahidə olunur

Ermənistanla sərhəddən reportaj

MÖVZU İLƏ ƏLAQƏLİ

44 günlük vətən müharibəsində Zəngilan rayonunda keçirilən əməliyyatların əsas məqsədlərindən biri də məhz vacib yüksəklikləri düşməndən azad etmək idi. Belə yüksəkliklərdən biri də heç bir itki vermədən işğaldan azad olunmuş Şükürataz yüksəkliyi idi. İndi qəhrəman sərhədçilərmiz burada xidmət edirlər. Qış aylarında avtomobillə qalxmaq mümkün olmayan bu yüksəklikdə yerləşən sərhəd döyüş məntəqəsində sərhədçilər üçün hər cür şərait yaradılıb. Ermənistanla dövlət sərhədində olan yüksəklikdən hərbçilərimiz ermənilərin döyüş postlarını daim nəzarət altında saxlayırlar.

Gecə və gündüz, havanın qarlı və dumanlı olması fərq etməz, onlar 24 saat ərzində dövlət sərhədinə nəzarət edirlər. Bir nəfər də olsun şəhid vermədən, sərhədçilərimizin döyüşərək əldə etdiyi bu yüksəkliyə, erməni silahlı qüvvələrinin hərbçiləri hazırda baxmağa belə cəsarət eləmirlər.

Bura Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən, Zəngilan rayonunun ən hündür yüksəkliklərindən biri olan Şüküratazdır. Hündürlüyü 2 min metr olan Şükürataz yüksəkliyi Zəngilan rayonun qərbində yerləşir. Vətən müharibəsindən əvvəl bu ərazilərdə erməni hərbçiləri xidmət edirdisə, hazırda vəziyyət tamamilə dəyişib.

Şükürataz yüksəkliyinə getməzdən əvvəl avtomobillə rayonun Bartaz dağına qalxmalı olduq. Hava qarlı və dumanlı olduğundan çətinliklə də olsa ''Zəngilan'' sərhəd dəstəsinin ''Bartaz'' Sərhəd komendantlığına gəlib çatdıq. Məhz buradan digər ərazilərdə yerləşən döyüş məntəqələri və zərhəd zastavaları idarə olunur. Bir gün burada gecələdikdən sonra ön xəttə yerləşən Şükürataz yüksəkliyinə yola düşdük.

Təxminən 4 kilometr yolu piyada qət etdik. Yolumuz meşənin içərisindən keçdiyindən hər hansı bir heyvanın hücumuna məruz qalmayaq deyə, bizi əlisilahlı sərhədçilərimiz müşayiət edirdilər.

Burada xidmət edən sərhədçilərmiz döyüş mövqeyindən erməni hərbiçiləri daim müşahidə edirlər. Həm vizual, həm də termal kameralar vasitəsilə aparılan müşahidələr zamanı qarşı tərəfin heç bir hərəkəti nəzərdən qaçmır. Elə biz də çəkiliş apardığımız zaman, erməni postunda hərbiçilərin fəaliyyətini görə bildik.

Şükürataz döyüş məntəqəsi yüksəklikdə yerləşdiyindən qış aylarında sərhədçilərmiz çətinliklə qarşılaşmasınlar deyə, məntəqəyə əvvəlcədə 6 aylıq müxtəlif növ ərzaqlar çatdırılır. Baxmayaraq ki, hərbçilər çətin relyef şəraitində xidmət edirlər, onlar üçün istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana inşa edilib.

Qeyd edək ki, 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Şükürataz yüksəkliyi 2020-ci ilin oktyabrın sonlarında azad edilib.

Əməkdaşımız Ömər Xıdırov da Zəngilanın ən hündür yüksəkliklərindən biri olan Şükürataz yüksəkliyində olub. Onun həmin ərazidən hazırladığı reportajı təqdim edirik.