Pekin siyasəti iqtisadiyyatdan “ayıra” bilmədi
Tsi Sinpinin avropalı həmkarlarıyla birgə sammiti də nəticə verməyib
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
Ay uğrunda qızğın mübarizə
Yaponiya Çini geridə qoya bilər
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Çində güclü fırtına
7 nəfər ölüb, 93 min insana ziyan dəyib
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Çini ağır vəziyyətə salıb. Pekin bir tərəfdən beynəlxalq təşkilatlarda tərəfdaşı Rusiyanın əleyhinə səs vermir, digər tərəfdən Kremlin işğalçı müharibəni davam etdirməsindən əziyyət çəkir. Çünki ABŞ və Avropa İttifaqı Çinə qarşı təzyiqi artırır ki, Pekin Moskvanın yanında yer almasın. Bundan başqa Rusiya ilə əməkdaşlıq edən Çin şirkətləri Qərbin sanksiyaları ilə üzləşəcəyi xəbərdarlıqlarını alıblar.
Bu arada, Pekin və Şanxay ali təhsil ocaqlarının bir qrup alimi Pekinin Vaşinqtonla Brüsselin anti-Çin vahid blokunun yaradılmasının əngəlləməsi vacibliyini bildiriblər. Çinli alimlər Pekinin bu məqsədlə bir qrup dost Avropa ölkəsinə müraciət edilməsini lazım biliblər. Avropa bazarı Çin üçün çox vacibdir. Pekin bu bazarı itirmək istəmir. Ancaq Rusiyanın Ukraynadakı işğalçı müharibəni davam etdirməsi Çin üçün Avropa bazarını itirmək riskini artırır. Çin lideri Tsi Sinpinin avropalı həmkarlarıyla birgə sammiti də nəticə verməyib.
Avropa Çinin köhnə qitəyə investisiyalarını əngəlləməyə çalışır. Şanxaydan olan alimlər Çinin bu şəraitdə zərgər dəqiqliklə işləməsi vacibliyini bildiriblər. Bu alimlər hesab edirlər ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Çin Avropa ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını hərəkətə gətirməli, köhnə qitədə birgə müəssisələr yaratmalıdır. Bu məqsədlə Avropada çalışmaq istəyən Çin şirkətləri üçün dövlət tərəfindən əlavə investisiya imkanları saxlanmalı, kreditlər ayrılmalıdır.
Qərbdə və Yaponiyada hesab edirlər ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalını qınasaydı indiki çətinliklərlə üzləşməzdi. Pekin bu çağırışları diqqətə almayaraq işğala seyrçi mövqedə qalıb. Ancaq Çində onu anlayırlar ki, Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda ancaq öz maraqlarından çıxış edib, tərəfdaşı Çinin maraqları nəzərə alınmayıb.
Pekin son vaxtlar Rusiyanın işğalçı müharibəsindən məsafə saxlamağa çalışır. Çin Ukraynaya humanitar yardım göndərib, bu ölkənin xarici işlər naziri bir neçə dəfə telefonla ukraynalı həmkarı ilə danışıb. Ancaq Pekin eyni zaman Rusiyanın təhlükəsizlik tələblərinin nəzərə alınması gərəkliyini də bildirib. Bu isə o deməkdir ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin “haqlı” tərəfi də var.
Pekin siyasəti iqtisadiyyatdan ayırmaq istəyir, Qərbə belə bir mesaj göndərməyə çalışır ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi Çinin ABŞ və Avropa ilə iqtisadi münasibətlərinə mane olmamalıdır. Vaşinqton və Brüssel Pekinin bu yanaşmasını rədd edib. Bu şəraitdə Çinin böyük şirkətləri Rusiyaya qarşı sanksiyalarla hesablaşmağa başlayıb və Rusiya ilə əməkdaşlıda ehtiyatlı mövqedən çıxış edir.