vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:40 | 4 may 2022 | Çərşənbə Məqaləyə 1705 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrovdan səriştəsiz davranış ...

Rusiya siyasi elitasındakı antisemit əhvalı ...

ŞAHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Lavrovun Rusiya siyasi elitasındakı antisemit əhvalı büruzə verməsindən sonra İsrail hökuməti Ukraynaya hərbi yardım göstərməyi müzakirəyə çıxarıb.

İsrail tərəfindən Ukraynaya müdafiə xarakterli hərbi vasitələr təqdim olunacaq. Lakin bundan daha vacib qərar budur ki, İsrail hökuməti digər ölkələrin (məsələn, konkret Estoniyanın) İsrail istehsalı olan silahlarını Ukraynaya verməsinə etiraz etməyəcək. Estoniya ordusunda “Spike” antitank və “Gabriel-5” gəmi əleyhinə raket sistemləri var. 

Əlbəttə ki, bu qərarlarda rol oynayan əsas amil Lavrovun səriştəsiz davranışı deyil. ABŞ bir müddətdir Ukraynaya kömək etməsi üçün İsrailə təzyiq göstərirdi.

Bu gün Ukrayna Ali Radası da bəzi mühüm qərarlar qəbul edib. Ölkədə rusiyayönümlü siyasi partiyaların fəaliyyəti qadağan olunub; Rusiyanın “terrorizmin dəstəkçisi” kimi tanınması üçün ABŞ Konqresinə müraciət edilib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilovun Rusiya ilə sülh müqaviləsi imzalanmayacağını bildirməsi də Kiyevin öz mövqeyini sərtləşdirdiyinə dəlalət edir.

Ukrayna işğal olunmuş ərazilərini azad etmək üçün müharibəni davam etdirməkdə qərarlı görünür.