vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
KİNO-TEATR  
00:17 | 10 may 2022 | Çərşənbə axşamı Məqaləyə 2017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kuklaçıların Şuşa sevinci

Müsyö Jordan və Dərviş Məstəli şah “O olmasın, bu olsun” deyib...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bildiyimiz kimi, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyanın müxtəlif ölkələrindən gələn kulinarlarının iştirakı ilə Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib.

Beləcə uzun illər düşmən əsarətində qalan doğma şəhərimiz yüzlərlə insana qucaq açıb.

Böyük marağa səbəb olan  bu əhəmiyyətli tədbirdə kulinarlarla  yanaşı teatr kollektivləri, həmçinin kuklaçılar da təmsil olunublar.

Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri sənət ocağının  direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin başçılığı ilə festivalda zəngin proqramla çıxış ediblər.

Teatrın  nəzdindəki “Oyuq” teatr-studiyasının rəhbəri Səidə Haqverdiyeva və onun istedadlı yetirmələri də qədim şəhərdə zəngin kukla sənəti nümunələri ilə marağa səbəb olublar.

Kuklaçılar festival müddətində hər gün qonaqlar qarşısında “Müsyö Jordan və Dərviş Məstəli şah”, “O olmasın, bu olsun” tamaşaları, eləcə də milli oyunlardan ibarət kompozisiyalarla çıxışlar ediblər.

“Oyuq”çulara gəlincə onlar aktyorluq məharətləri ilə yanaşı vokal imkanlarını da məharətlə nümayiş etdiriblər.

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində marionet kuklalarla yeni tamaşanın hazırlanması işlərinə də başlanılıb və səfərdən qayıdan heyət sabahdan məşqlərə start verəcək.