vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
15:04 | 10 may 2022 | Çərşənbə axşamı Məqaləyə 1352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MEDİA-da Aytən Məmmədova ilə görüş

Zəruri prosessual tədbirlərdən sonra hadisəyə hüquqi qiymət veriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 10-da Medianın İnkişafı Agentliyində İcraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib. Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu bildirib.

Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini bölüşüb.

İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Qeyd olunub ki, hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.