vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
14:41 | 5 iyun 2022 | Bazar Məqaləyə 1324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uşaqpulu verilsinmi?...

Vətən övladının dövlətə xeyri heç də valideyninə olandan az deyil

İlqar ALTAY

Heç belə sual mövcud olmalımı normal, özünü tanıyan dövlətdə? Heç gör, bunun müzakirəsini də apararlarmı yaraşarmı belə? Bu axı, dövlətin mövcudluğu və ayaqda olmasının göstəricisidir. Dövlət o pulu ən çətin imkansız dövründə belə çıxarıb böyük qürurla verməlidir öz uşaqlarına!

Niyə?

Dövlət hər uşağa sahiblikdə valideynlə şərikdir. Uşaq valideyn üçün övlad yetişirsə, dövlət üçün vətəndaş yetişir. Valideyn üçün gələcək kömək və yaşlı vaxtı dəstək, ümid yeri yetişirsə, dövlət üçün əsgər, əhali artımı, mütəxəssis, işçi qüvvə, vergi ödəyicisi yetişir. Nəhayət Dövləti yaradan və onun mənbəyi olan Xalqın, tam üzvü yetişir.

Görürsünüzmü, vətən övladı kimi uşağın dövlətə xeyri heç də valideyninə olandan az deyil! Bəs onda uşağa yemək, geyinmək, oxumaqda, inkişafda kömək etməyən dövlət, hansı haqla böyüyəndə ondan vətəndaş öhdəliyi, məsulluq tələb edə bilər? Uşaq soruşmazmı dövlətindən ki, mənə bu öhdəliyi yaradan hansı borcumdu? Anam bu ölkədə doğub məni, ona görə? Bitdi? Valideyn maaşı, uşağa yox, öz zəhmətinə görə alır. Hansı işçiyə uşaqlı olmağa və yaxud, uşaq sayına görə təyinatlı olaraq artıq maaş verilir?! 

Müzakirə və arqumentləri uzatmaq olar. Ancaq dövlətimiz gərək ki, uşaq məsələsində xüsusilə həssas olsun. Çünki ortada çox mühüm hüquq və mənəvi tərəfli dəyərlər var! Dövlət, hökumət çətinə yetsə, qoy, valideynin maaşını 50 manat artırmasın, kəssin amma, o, 50 manatı öz əli ilə hər ay uşaq pulu kimi uşağa çatdırsın. Və uşaq qoy gözünü açandan kiçik yaşından dövlətinin ona pul göndərdiyini gözü ilə görsün və həmin  pulla yemək yeyib, paltar, kitab alındığını bilsin. 

Qoy uşaqlar özünü tək valideynin yox, həm də dövlətinin övladı hiss etsin. Vətən, Dövlət hissi nədən yaranır bəs uşaqda, insanda? Havadan? Dövlətin öz uşaqlarına birbaşa ünvanlı yardımı, bu yardımın təyinatlı (məhz həmin uşaq üçün!) istifadəsinə nəzarət, uşağı valideynin, hamının gözündə sahibli, arxalı edərdi mənəvi-psixoloji. 

Dövlətimiz, hökumətimiz söhbətsiz, uşaq pulu, yəni ki, “uşaqlara borcun” məsələsini həll etsin. Xahiş edərdik ki dövlət rəhbərliyi diqqətə alsın, resurs imkan cəlb edilsin bu mühüm məsələyə. Düzdür, bu qərar xeyli vəsait tələb edir, amma, vacibdir. Uşaqlar, Dövlətin önəmli atributudur!! Çünki xalqın gələcəyi, dövlətin ümid dayağıdır!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)