vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
22:17 | 5 iyun 2022 | Bazar Məqaləyə 1196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət məmurlarının dinlənilmə riski

Almaniya DİN icazəsiz məlumat sızması təhlükəsi barədə xəbərdarlıq edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın daxili işlər naziri Nensi Fezer Rusiya xüsusi xidmət orqanlarının məmurları dinləmək təhlükəsinin olduğunu açıqlayıb. “Alman dalğası” radiosunun (“Deutsche Welle”) məlumatına görə, nazir Almaniya siyasətçilərini və dövlət qulluqçularını Rusiya xüsusi xidmət orqanları tərəfindən telefon danışıqlarının dinlənilməsi riskləri və icazəsiz məlumat sızması təhlükəsi barədə xəbərdarlıq edib.

Nazirə görə, “dinləmə riski və icazəsiz məlumat sızması təhlükəsi realdır və onları qiymətləndirməmək olmaz”.

Belə risklərin daha çox hökumət qurumlarının yerləşdiyi məhəllələrdə mövcud olduğu bildirilir.

Hökumət məhəlləsi Berlinin mərkəzində yerləşir və burda bir sıra qurumlarla yanaşı Federal Kanslerin ofisi və Almaniya Xarici İşlər Nazirliyinin binaları yerləşir. Xanım Fezer görə, Rusiya “hibrid müharibəsi” aparır, bu səbəbdən də Berlin özünü müdafiə etmək üçün hərəkətə keçməyə məcburdur.

“Buna görə də biz Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bildiyimiz 40 nəfəri Berlindəki Rusiya səfirliyindən qovduq”, – nazir bildirib.

Aprelin əvvəlində Almaniya Rusiya səfirliyinin 40 əməkdaşını ölkədən çıxarıb.

Xarici işlər naziri Annalena Berbok, “onlar hər gün burda, Almaniyada azadlığımıza, cəmiyyətimizin birliyinə qarşı çalışıblar” söyləyib.

Moskva Berlinin bu addımını cavabsız qoymayıb, bir müddət sonra Almaniya diplomatik missiyasının 40 əməkdaşını ölkədən çıxarılıb.