vaxtlı-vaxtında oxuyun! Cümə, 10 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
23:10 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 1089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çin ABŞ-ı qarşıdurma ilə hədələyib

General Vei Fenxe: “Daxili işlərə müdaxilə etməyi dayandırsınlar”

MÖVZU İLƏ ƏLAQƏLİ

Uniformasını geyinmiş Çinin müdafiə naziri və Xalq Qurtuluş Ordusunun generalı Vei Fenxe bazar günü ölkəsini küncə sıxmağa cəhd etməyə və daxili işlərə müdaxilə etməyə qarşı ABŞ-a xəbərdarlıq edib. O, bildirib ki, bu hərəkətlər ABŞ-Çin münasibətlərinə zərər vurur.

“Biz ABŞ tərəfinə müraciət edirik ki, Çinin daxili işlərinə müdaxilə etməyi dayandırsınlar. ABŞ bunu etdiyi müddətdə ikitərəfli münasibətlər inkişaf edə bilməz”, – deyə Vei Sinqapurda keçirilən üç günlük təhlükəsizlik görüşünün son günündə bildirib.

Çinin müdafiə naziri ABŞ-ın müdafiə katibi Lloyd Ostinin şənbə günü səsləndirdiyi şərhə reaksiya verirdi. Ostin bildirib ki, ABŞ öz hüquqlarını müdafiə edən dostlarının yanında dayanır.

“Bu, Çin Xalq Respublikasının ərazi iddiaları ilə bağlı aqressiv yanaşma ortaya qoyduğu bir zamanda xüsusilə önəmlidir” – deyə Ostin bildirib və əlavə edib ki, “indi, Bir Çin siyasətimizin parçası olaraq, biz Tayvan Münasibətləri Aktı çərçivəsində öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. Bura Tayvanın özünü müdafiə bacarığının dəstəklənməsi də daxildir”.