vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
15:27 | 18 iyun 2022 | Şənbə Məqaləyə 734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tokayev “Aleksandr Nevski”dən imtina edib

Qazaxıstan prezidenti vəzifədə olduğu müddətdə heç bir mükafat almaq istəmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Moskvanın ona vermək istədiyi "Aleksandr Nevski" ordenini qəbul etməkdən imtina edib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Qasım-Comərd Tokayev vəzifədə olduğu müddətdə heç bir mükafat almamaq qərarına gəlib. Bu barədə “Tengrinews” məlumat yayıb. Ehtimal olunur ki, Tokayevə orden verilməsi səfər etdiyi Sankt-Peterburqda iqtisadi forumda baş tuta bilərdi.

Sözügedən forumda çıxış edən Qazaxıstan prezidenti Moskvanın Ukrayna torpaqlarındakı separatçı respublikalarla bağlı mövqeyinin əleyhinə çıxış edərək, onları tanımaq fikrində olmadığını bildirib.

“Aleksandr Nevski” ordeni ilə xarici siyasətçilər Rusiya Federasiyası ilə çoxtərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə və onun sosial-iqtisadi inkişafına köməkliklərinə görə təltif oluna bilərlər.

Tokayevin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan prezidenti hələ Rusiyaya səfərindən əvvəl sözügedən mükafatdan imtina edib. Kremlin sözçüsü Dmitri Peskov iyunun 18-də mətbuata açıqlamasında Tokayevin Rusiyada mükafatlandırılmasının planlaşdırılmadığını deyib.