Dünyanın 90 faizi Putini sevmir
“Pew Research” araşdırma mərkəzinin 18 ölkədə rəy sorğusu keçirib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
Rusiya prezidenti Vladimir Putin dünyanın ən sevilməyən lideri olub. “Pew Research” araşdırma mərkəzinin Polşadan Avstraliyaya qədər 18 ölkədə keçirdiyi rəy sorğusu belə nəticə verib.
Sorğu zamanı respondentlərin yalnız 9 faizi Rusiya prezidentinə rəğbət bəslədyini bildirib.
Rəyi soruşulanların 90 faizi Putinin siyasətindən narazıdır. Bu, Putin üçün son 20 ildə keçirilmiş rəy sorğularının ən pis nəticəsidir.
Son aylarda Rusiyada ictimai rəy sorğuları keçirilmir.
***
“Pew Research” firmasının keçirdiyi sorğunun nəticələrinə görə ABŞ-da respondentlərin yalnız 6 faizi Putinə rəğbət bildirib. Ona son dərəcə neqativ münasibət bəsləyənlər 77 faiz təşkil edir.
Almaniyada rəyi soruşulanların 14 faizi Putinə rəğbətli, 85 faizi isə qeyri-rəğbətlidir.
Ümumilikdə, Rusiyanın da reytinqi kəskin düşüb. Respondentlərin 85 faizi Rusiyaya mənfi münasibət bildirib.
Bu rəqəm Polşada rekord həddə çatıb. Bu ölkədə rəyi soruşulanların 97 faizinin Rusiyaya münasibəti mənfidir.
Amerikalıların 92 faizi Rusiyaya neqativ münasibət bəsləyir.
Rusiyaya rəğbətli olan İtaliya kimi ölkədə Moskvanın populyarlığı 2020-ci ildəki 48 faizdən 14 faizə enib.
***
Rusiyaya ən az neqativ münasibət Malayziyada qeydə alınıb.
Burada rəyi soruşulanların yalnız yarısı Rusiyaya pis münasibət bəslədiyini bildirib.
Yeri gəlmişkən, Malayziyada Putinin reytinqi Rusiyada olduğundan yüksəkdir.
Rəy sorğusu ABŞ prezidenti Co Baydenə də etimadın azaldığını göstərib.
Almaniyada respondentlərin 64 faizi Baydenə rəğbət ifadə edib. Keçən il bu göstərici 78 faiz idi.
Buna baxmayaraq Baydeni dəstəkləyən avropalıların faizi yüksək olaraq qalır.
Bu rəy sorğusunun keçirildiyi ölkələrdə, İsraili çıxmaq şərtilə Baydenin populyarlığı keçmiş prezident Donald Trampın populyarlığından yüksəkdir.
Respondentlərin 62 faizi Fransa prezidenti Emmanuel Makrona rəğbət bildirib. Almaniya kansleri Olaf Şoltsa rəğbət 59 faizdir. Keçmiş kansler Angela Merkelə rəğbət faizi daha yüksək idi.
Çin lideri Si Tsinpinə respondentlərin yalnız 18 faizi rəğbət bildirib.