vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
08:12 | 30 iyun 2022 | Cümə axşamı Məqaləyə 725 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dohada danışıqları uğursuz bitdi

“İran məsələ ilə heç bir əlaqəsi olmayan tələbləri gündəmə gətirdi”

CAVİDAN

Qətərin paytaxtı Dohada İran və Amerika arasında aparılan nüvə danışıqları heç bir irəliləyiş olmadan başa çatıb. Qeyd edək ki, 2 günlük danışıqlarla bağlı iki Amerika və Avropa rəsmisi İranın müsbət nəticə əldə etməkdə maraqlı olmadığını bildirib.

Ancaq İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqeri Kani və Enriko Moranın bundan sonra da davamlı əlaqədə olacaqlarını iddia edib.

“Doha danışıqlarında keçmişdə olduğu kimi, biz Vyanada bir il yarım davam edən danışıqlara əsaslanaraq bir-birimizlə anlaşmağa və nüvə danışıqlarına tam sadiq qalmağa hazır olduğumuzu bəyan etdik.

Ancaq İran bu məsələ ilə heç bir əlaqəsi olmayan tələbləri yenidən gündəmə gətirdi”, – deyə Amerika Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

O, Avropa Birliyinin dolayı danışıqlarda göstərdiyi səylərin təqdirəlayiq olduğunu, ancaq İranın yenə də Avropa Birliyinin təşəbbüsünə müsbət cavab verə bilmədiyini,  nəticədə heç bir irəliləyişin əldə olunmadığını qeyd edib.