vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
19:42 | 9 iyul 2022 | Şənbə Məqaləyə 764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İt gəzdirmək qadağası

Ev heyvanının Tehran parklarına girişi yasaqlanır

MÖVZU İLƏ ƏLAQƏLİ

İran polisi bütün növ itlərin parklara girməsi və ümumi yerlərdə gəzdirilməsinə qadağa qoyulduğunu açıqlayıb. Bu barədə “Iranintl” saytına istinadən xəbər verir.

Tehranın polis komandiri Hüseyn Rəhimi bildirib ki, yeni əmrə əsasən, bütün növ itlərin parklara girişi qadağandır və bu, aşkar cinayətdir. Onunla mübarizə aparılacaq, qanunu pozanlar isə cəzalanacaq.

O, parklara nəzarət etmək üçün motosiklet, avtomobil və piyada patrul polislərinin göndərildiyini elan edib və bu işin səbəbi ilə bağlı əlavə edib ki, itlər islam qanunlarına görə “nəcis” sayılır və hətta itlərin görünüşü bəziləri üçün qorxuludur.