Putin tərəfdaşlarını pis vəziyyətə salıb
Çinin durumu hamısından çətindir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
Kremlin Ukraynanı parçalaması Rusiyaya tərəfdaş ölkələri mürəkkəb vəziyyətə sürükləyib. Belarus Rusiyanın strateji müttəfiqi olsa da, bu ölkənin prezidenti Aleksandr Lukaşenko Kreml sahibi Vladimir Putinin planlarından daxilən narazıdır, sadəcə bunu açıq şəkildə söyləyə bilmir. Rusiyanın digər tərəfdaşı Qazaxıstan aşkar şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Kremlin işğal altındakı ərazilərdə “saxta referendumun” nəticələrini tanımayacaq. Qazaxıstan bundan başqa Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşır.
Hindistan və Çin üçün də ərazi bütövlüyü prinsipi vacibdir. Əgər Dehli və Pekin hansısa dövlətin ərazisinin parçalanmasına dəstək versələr, öz prinsiplərindən geri addım atmış olacaqlar. Ona görə də Dehli və Pekin Kremlin tərəfdaşları olsalar da, Ukraynanın parçalanmasına dəstək verə bilməzlər. Çinin vəziyyəti daha ağırdır. ABŞ-ın sanksiyaları ilə hədələnən və Tayvanla bağlı Vaşinqtonla gərgin münasibətlərdə olan Pekin Kremllə strateji tərəfdaşlığa üstünlük verib. Ancaq bu tərəfdaşlıq Çinin ərazi bütövlüyü prinsipinə baxışına kölgə salıb.
Çinin xarici işlər naziri Vang Yi BMT Baş Assambleyasındakı çıxışında etiraf edib ki, Rusiya-Ukrayna müharibəsinin bölgəyə neqativ təsirləri artıb. Çinli nazir “neqativ təsirlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasa da, Vang Yinin Ukraynadakı müharibənin başqa bölgələrə də keçə biləcəyinə işarə edib. Çinin xarici işlər naziri Pekinin Avropa İttifaqının Rusiya ilə Ukrayna arasında dialoq təklifini dəstəklədiyi bildirib. Vang Yinin Avropa İttifaqının adını çəkməsi təsadüfi deyil. Bununla Pekin Kremlə mesaj göndərib ki, Vaşinqtonla münasibətləri gərgin olsa da, Avropadan üz döndərməyəcək və Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək. Ümumiyyətlə Pekin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını və iki ölkə arasında dialoqa başlanılmasını dəstəkləyir. Ankara da eyni mövqedən çıxış edir. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “referendumun” qırmızı xəttin aşılması kimi qiymətləndirib. Ancaq Kreml sahibi dostlarının xahişlərini eşitməyib.
Bu arada, Çin lideri Si Tsinpin ordunu gücləndirməyə qərar verib. Si Tsinpin son çıxışlarının birində ordu komandanlığına hərbi qarşıdurmaya hazır olmalarının vacibliyini vurğulayıb. Si Tsinpin müharibənin konkret istiqamətini göstərməsə də, söhbətin Tayvandan getdiyi aydındır. Çin ordusunun Tayvan ətrafında təlimləri artıb. Rusiya-Ukrayna müharibəsi davam edərkən Çin-Tayvan müharibəsi beynəlxalq aləmdə daha böyük gərginlik yaradacaq. Bunu Pekində də anlayırlar, ancaq Tayvan adasını ələ keçirmək planlarından da imtina etmirlər.