vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
19:46 | 4 noyabr 2022 | Cümə Məqaləyə 720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft qaçaqmalçıları nəzarətdə

SEPAH ilə əlaqəli şəbəkəyə sanksiya qoyulub

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Maliyyə Nazirliyi beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsinin üzvlərinə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə və Livan “Hizbullah”ına gəlir gətirən onlarla şəxs, şirkət və tankerlərə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bir neçə şəxslə yanaşı, Amerikanın yeni sanksiyaları İran, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Türkiyə və Marşal adalarında bir neçə şirkəti hədəf alıb.

Bu sanksiyalara əsasən, sanksiyaya məruz qalan şəxslərin və şirkətlərin Amerikadakı aktivləri bloklanır və onlarla ticarət etmək qadağandır.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken verdiyi açıqlamada sanksiya tətbiq edilən şəbəkənin SEPAH Qüds Qüvvələri və Hizbullaha yüz milyonlarla dollar neft satmağa imkan verdiyini bildirib.

Amerika maliyyə nazirinin müavini Brayan Nelson enerji bazarı fəallarından SEPAH və “Hizbullah”ın Qüds Qüvvələrinin neft qaçaqmalçılığı yolu ilə gəlir əldə etmək səylərinə qarşı diqqətli olmalarını istəyib.