vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
13:47 | 5 noyabr 2022 | Şənbə Məqaləyə 746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran etiraf etdi

XİN rəhbəri: “Rusiyaya dronlar vermişik”

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, bəzi Qərb ölkələrinin İranın Ukrayna müharibəsində Rusiyaya raketlər verməsi ilə bağlı iddiası tamamilə yalandır.

“Pilotsuz təyyarələrə gəlincə, biz onları Ukraynadakı müharibədən aylar əvvəl öncə Rusiyaya vermişdik. Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, Rusiyanın Ukraynaya qarşı bu pilotsuz təyyarələrdən istifadə etdiyinə dair hər hansı sənəd varsa, onu bizə təqdim etsin. İki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz oldu. Müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi. Təəssüf ki, son dəqiqədə Ukrayna nümayəndə heyəti görüşdə iştirak etmədi”, - nazir əlavə edib.

Qeyd edək ki, bundan öncə İran dronlarının Ukraynaya qarşı müharibədə misilsiz rol oynadığını deyən İran rəsmiləri, qərb ölkələrinin təzyiqlərindən sonra bunu danmağa, İranın Ukraynaya dron və hərbi yardım göndərməsini inkar etməyə başladılar.

Xüsusilə son vaxtlar İran dronlarının Ukrayna ordusu tərəfindən vurulması, danılmaz faktların aşkarlanması və qərb kəşfiyyatının məlumatlarından sonra İran Rusiyaya dronlar göndərdiyini etiraf etməyə məcbur olub.