vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
İSTİRAHƏT  
20:19 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 2439 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən çox sevilən çimərliklər

Dünya və Avropa üzrə siyahı hazırlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«TripAdvisor» portalı dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, reytinq il ərzində turistlərin çimərliklər barədə rəylərinin sayı və keyfiyyəti əsasında hazırlanıb.

Siyahıya əsasən, dünyanın ən yaxşı çimərliyi Braziliyadadır. Fernandu-di-Noronya kurortundakı «Baia do Sancho» adlı çimərlik reytinqin birincisidir. Siyahıda ikinci və üçüncü yerləri, müvafiq olaraq, Providensiales (Terks və Kaykos adaları) adasındakı çimərlik və Puerto-Rikoda yerləşən «Playa Flamenco» çimərliyi tutur.

Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer «Playa de las Catedrales» (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. «Elafonisi» (Yunanıstan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü «Cala Mariolu» (İtaliya, Baunei) çimərliyi tamamlayır.