vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
11:42 | 25 noyabr 2022 | Cümə Məqaləyə 1047 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva ən böyük bazarını itirir

Rusiya ilə ticarətini kəsənlər Azərbaycana yön alır

ƏZİZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna ilə müharibə səbəbindən Rusiyadan çəkilən alman kapitalı yeni sahillərə yön alıb. Bu kontekstə ilk yerdə Qazaxıstan, ikinci sırada Azərbaycan gəlir.

Almaniya ilə Qazaxıstan arasında ticarət dövriyyəsi yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faizdən çox, Özbəkistanla 91 faiz, Ermənistanla 93 faiz, Azərbaycanla 159 faiz artıb.

Dekabr ayında Avropa İttifaqının (Aİ) Rusiya neftinə sanksiyası qüvvəyə minəcək. 2023-cü ilin fevralında isə adıçəkilən ölkədən neft məhsullarının alışı Aİ üzvlərinə qadağan ediləcək. Nəticədə Moskva qeyri-müəyyən müddətə, hətta əbədi olaraq Berlin üçün enerji ehtiyatlarının təchizatçısı kimi hər hansı əhəmiyyətli rol oynamağı dayandıracaq. Avropa İttifaqı, xüsusən Almaniya Rusiya üçün əsas valyuta mənbəyi olmaqdan çıxacaq.