vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
22:14 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 1210 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan istefa verdi

Ermənistanın hökuməti başsız qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Tiqran Sərkisyan istefa verib. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov bildirib.

«Baş nazirin istefası Ermənistan Respublika Partiyası tərəfindən qəbul olunub» deyə Eduard Şarmazanov hakim Respublika Partiyasının idarə heyətinin iclasından sonra bildirib.

«Tiqran Sərkisyan hələ bir ay əvvəl bu xahişlə prezidentə müraciət edib, lakin, Konstitusiya Məhkəməsində icbari pensiya sisteminə dair dinləmələr keçirildiyinə görə səbəbindən prezident ondan gözləməsini xahiş edib və bu gün baş nazirin xahişi təmin edilib», deyə o əlavə edib.  

Qeyd edək ki, Tiqran Sərkisyan Ermənistan hökumətinə 2008-ci il aprelin 9-dan rəhbərlik edir.