vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
19:53 | 6 aprel 2014 | Bazar Məqaləyə 1737 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama seçkini alqışlayıb

«Dəstək verməyə davam edəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama Əfqanıstanda tarixi adlandırdığı prezident seçkisində iştirak edən milyonlarla əfqanı təbrik edib. Cənab Obama seçkilərə dair açıqladığı bəyanatda səsverməni ölkənin gələcəyinə görə məsuliyyəti öz üzərinə götürən əfqanlar üçün mühüm bir inkişaf kimi qiymətləndirib.

Prezident Obama seçkinin Əfqanıstanın demokratik gələcəyinin təmin edilməsi, eləcə də beynəlxalq dəstəyin davam etdirilməsi üçün böyük önəm daşıdığını deyib.

ABŞ prezidenti həminin 2001-ci il 11 sentyabr hadisələrindən sonra Əfqanıstanda xidmət göstərmiş Amerika əsgərlərinin xatirəsinə ehtiramını ifadə edib.

«Birləşmiş Ştatlar suveren, sabit, vahid və demokratik Əfqanıstana dəstək verməyə davam edəcək və biz əfqan xalqının seçdiyi yeni hökumətlə qarşılıqlı hörmət və məsuliyyət əsasında əməkdaşlığımızın davam etdirilməsini gözləyirik» - deyə cənab Obama bəyanatda bildirib.

Əfqanıstanda ilk demokratik seçki yüksək seçici fəallığının müşahidə edildiyi şəraitdə keçib.