Ruslara «Eurovision» qadağası
Rusiya Krıma görə müsabiqədən uzaqlaşdırıla bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
May ayında Kopenhagendə keçiriləcək «Eurovision-2014» mahnı yarışmasında Rusiyanın iştirakı ilə bağlı qalmaqal yaranıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tolmaçevıx bacılarının «Shine» mahnısında londonlu jurnalist Uilyam Li Adams qızğın diskussiya üçün yeni mövzu aşkar edib.
Onun iddiasına görə mahnıda Rusiyanın Ukraynaya qarşı münasibətinə eyham var. İngiltərəli jurnalistin sözlərinə görə, kompozisiyadakı bir sətir Krımla bağlıdır: «Living on the edge, closer to the crime-cross the line a step at a time». Jurnalist iddia edir ki, «the crime» - cinayət deməkdir, «Crimea» isə Rusiyanın özünə birləşdirdiyi Krımdır.
Rusiyanın Heat.ru portalı təsdiqləyib ki, müsabiqənin çoxsaylı pərəstişkarları və musiqi tənqidçiləri Adamsı dəstəkləyərək «Eurovision»un təşkilat komitəsinə Rusiyanın musiqi yarışmasından uzaqlaşdırılması üçün müraciət ediblər. Ancaq təşkilat komitəsinin bu çağırışa reaksiya vermədiyi bildirilir.
Xatırladaq ki, 59-cu «Eurovision-2014» mahnı yarışması mayın 6-dan 10-dək Danimarkada keçiriləcək.