Bəşər Əsəddən misilsiz allahsızlıq
Diktator 300-dən qadın və uşağı çörək növbəsində bombalatdırdı
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Suriyanın cənubunda üsyan
Əsədə qarşı ayağa qalxan xalq qubernatorun binasını yandırıb
-
PKK əl çəkir, ABŞ yox ...
Patrul əməliyyatları bərpa edildi
-
“Neft və taxıl daşıyırlar”
Çin ABŞ qaçaqmalçılıqda günahlandırır
-
Moskva Ankaraya qarşı ...
Rusiya terror təşkilatlarına dəstək göndərdi
-
ABŞ-dan qalmaqallı açıqlama
Vaşinqton YPG terrorçularını qanuniləşdirməyə çalışır
-
Məzlumun yalvarışları ...
“Türk tanklarının Suriya girməsi son döyüşümüz olacaq”
-
Türkiyə “Ərəb baharı”na son qoyur
Tarixi barışıq ola bilər
-
İsrail aviasiyası Suriyanı vurdu
Növbəti hücum zamanı 4 əsgər həlak olub
-
Terrorçular yalvarır
“Türkiyə bizi döyərkən niyə səsinizi çıxarıb bizi qorumursunuz?”
-
...Biz də vurduq”
Ərdoğan: “Ruslar sazişə əməl etmədi, ...
-
Təhlükəsiz bölgə israrı
Hava hücumundan sonra quru əməliyyatları gözlənilir
-
Qılınclanan terrorçu pəncəsi ...
Dünya mətbuatı Türkiyə Ordusunun əməliyyatını manşetlərə daşıdı
-
Turana qarşı növbəti hücum ...
... və ya Türkiyədə seçki qabağı şərait
-
Təsadüfdür, yoxsa planlı ...
“Səbr edin, üstün olacaqsız” mesajının sahibi kimdir?
Suriya rejimi iki ilə yaxındır davam edən qanlı qətliamlar seriyasından daha birini törədib. Budəfəki qətliam öz amansızlığı ilə fərqlənir. Xəbərlərə görə, Bəşər Əsədin aviasiyası ölkənin Qamma əyalətinin Qalfiyə şəhərində çörək növbəsində dayanmış insanlara bomba zərbələri endirib. Yüzlərlə insanın çörək sexinin qarşısında növbəyə dayandığı bir vaxtda endirilmiş aviazərbələr nəticəsində əksəriyyəti azyaşlı uşaqlar və qadınla olmaqla, 300-ə yaxın adamın öldüyü bildirilir.
Məlumata görə, həmin şəhər bu yaxınlarda müxalifət qüvvələrinin nəzarətinə keçib və Əsəd ordusu şəhəri intensiv şəkildə bombalayır. Bildirilir ki, Qalfiyə şəhərində törədilmiş qətliam Suriyadakı müharibə ərzində ən qanlı qətliamdır. Ölənlərin sayının artacağı təxmin edilir, belə ki, bomba zərbələri nəticəsində bir neçə bina da dağılıb və dağıntılar altında xeyli adam qalıb. İnternetdə Qalfiyə şəhərindəki qırğının dəhşətli videogörüntüləri yayılıb və kadrlarda çoxlu uşaq, qadın cəsədlərinin tanınmaz hala düşdüyü əks olunur. Xəbərlərə görə, Əsəd ordusu Dəməşq ətrafına və digər şəhərlərdə də zərbələr endirib, bu zərbələr nəticəsində yüzdən çox adam həlak olub.İnsan haqları müdafiəçilərinin məlumatlarına görə Suriyada öldürülənlərin sayı, 60 mini keçir, bəzi məlumatlara görə, 100 minə yaxındır. Beynəlxalq ictimaiyyət isə hələ də Əsəd rejiminin öz xalqına qarşı qətliamlarını dayandırmaq üçün hərəkətə keçmir. Britaniyanın «The Guardian» qəzetinin yazdığına görə, Rusiya Əsəd rejiminin ayaqda qalmasına imkan yaradan əsas mənbədir. Qəzetin yazdığına görə, Rusiya hərbi mütəxəssisləri Suriya Hava Hücumundan Müdafiə qüvvələrini xeyli ölçüdə gücləndirib və əgər Qərb ölkələri Əsəd rejiminin kimyəvi silahlarına qarşı xüsusi əməliyyat keçirməli olsa, onların işi çətinləşəcək. Suriyada hazırda Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və hava hücumundan müdafiə üzrə təlimatçılar var. «The Guardian» yazır ki, Əsədin HHM sistemini dəf etmək üçün əvvəlcə kəşfiyyat vasitələri tətbiq edilməlidir. Belə vasitələr isə ancaq ABŞ-da var. Söhbət kəşfiyyat peyklərindən və «stels» texnologiyasına əsaslanan pilotsuz təyyarələrdən gedir. «Ona görə də Əsədə qarşı hərbi kampaniyaya Vaşinqton başçılıq etməlidir» deyə qəzet yazır. Bununla belə, bildirilir ki, ABŞ rəhbərliyində Suriyaya müdaxiləyə dair vahid mövqe yoxdur.