vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏHİYYƏ, ORDU  
21:04 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 4505 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Horadiz əməliyyatı»nın komandiri vəzifəyə gətirilir

Şair Ramaldanov 10 hərbi dərsliyin müəllifdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən il Silahlı Qüvvələrin Hərbi Akademiyasından ehtiyata buraxılmış polkovnik Şair Ramaldanova güc strukturlarından birindən çox maraqlı təklif gəlib.


Bu barədə Axar.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə onun Müdafiə Nazirliyinin deyil, başqa güc qurumlarından birində yüksək vəzifəyə təyin edilməsi haqqında danışıqlar aparıldığını qeyd edib. Tanınmış zabitin razılıq verib-verməməsi dəqiq bəlli olmasa da, artıq onunla bağlı yaxın zamanlarda qərar veriləcəyi bildirilib.

Xatırladaq ki, polkovnik Şair Ramaldanov Azərbaycanda yeganə keçmiş döyüş zabitidir ki, bütün zabitlik pillələrini keçib və 2 dəfə «Azərbaycan Bayrağı» ordeninə layiq görülüb. O, 10-dan çox dərslik müəllifidir. Müəllifliyi ilə dərc edilən dərsliklər bu gün Azərbaycanın əksər Ali Hərbi Təhsil müəssisəsində tədris edilir. Bundan əlavə, polkovnik Ş.Ramaldanov Azərbaycan SQ-nin ən uğurlu Horadiz əməliyyatını həyata keçirmiş Fizuli döyüş briqadasının komandiri olub. Korpus, briqada komandiri, həmçinin H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, Silahlı Qüvvələrin  Hərbi Akademiyasının Tədris hissə üzrə müavini vəzifələrində xidmət keçib.