vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
13:41 | 21 iyun 2014 | Şənbə Məqaləyə 2958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu nədir, haradan gəlir, hara gedir?»

KXCP rəsmisi Düşüncə Mərkəzi haqda mətbuatdan eşidib

Murad ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Müsavat Partiyası Milli Strateji Düşüncə Mərkəzi yaradıldığını elan etdi. Mərkəzin həmtəsisçilərindən Pənah Hüseyn bildirdi ki, hazırda Milli Şuranın rəhbərliyinə daxil olan bir neçə insan düşüncə mərkəzinin işində iştirak edir.


Klassik Xalq Cəbhəsi Partiyasının bu qurumla əlaqələrinin hansı səviyyədə olduğunu öyrənmək üçün sədr müavini Bəybala Əbillə əlaqə saxladıq.

B.Əbil Hafta.az-a açıqlamasında partiyanın düşüncə mərkəzi ilə danışıqlar aparmadığını dedi: «Bizim bu birliklə heç bir əlaqəmiz yoxdur. KXCP-nin bu birlik haqda xüsusi məlumatı yoxdur. Sizin kimi biz də mətbuatdan eşitmişik ki, belə bir şey var. Əlaqəmiz üçün isə bilməliyik ki, bu nədir, hara gedir, haradan gəlir? Bunlar bəlli olduqdan sonra müraciət olunsa, biz də münasibətimizi bildirərik».