vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
PROBLEM  
12:55 | 8 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2476 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Daha ciddi tədbirlər görüləcək»

Abid Şərifov: «Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.


Onun sözlərinə görə, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul edilməsi gözlənilir: «Hazırda biz bu məsələyə baxırıq. Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır».

A.Şərifov qeyd edib ki, vətəndaşlar sürüşmə zonasında, yüksək gərginlikli elektrik xətlərinin alında və qaz kəmərlərinin yaxınlığında torpaq alıb, ev tikirlər: «Sonra bu problemlər meydana çıxır, təhlükəli vəziyyət yaranır. Belə hallar həm bölgələrdə, həm də Bakıda mövcuddur. Onu deyə bilərəm ki, biz bir neçə ay müddətində həm Bakıda, həm də bölgələrdə qanunsuz tikililərin inşasına qarşı daha ciddi tədbirlər görməyi düşünürük».

Baş nazirin müavini tədbirlər planının nədən ibarət olacağını açıqlamayıb. O, əlavə edib ki, tədbirlər planı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.