vaxtlı-vaxtında oxuyun! Bazar, 12 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
09:26 | 11 iyul 2014 | Cümə Məqaləyə 3322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Apardı sellər Braziliyanı

Mundialda uduzmağı faciə hesab edənlər təbii fəlakətlə qarşılaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə dünya çempionatının keçirildiyi ölkə sel fəlakəti ilə üz-üzə qalıb. «ANS Press»in məlumatına görə, DÇ-də ölkəsinin almanlara biabırçı məğlubiyyətindən məyus olan braziliyalılar daha bir faciə ilə qarşılaşıblar. Belə ki, ölkənin cənubundakı Rio Grande do Sul ştatında güclü leysan yağışlarının yağması sel fəlakətinə səbəb olub.


Təhlükədən insanların zərər görməməsi üçün 18 min adam təxliyyə edilib.

Ştatdakı minlərlə ev və iş yeri sular altında qalıb, 124 şəhərdə fövqəladə vəziyyət elan edilib və hökumətin seldən zərər çəkən bölgələrə pul köməyi edəcəyi açıqlanıb.

Təxliyə edilənlər isə idman salonlarında, məktəblərdə və digər ictimai binalarda yerləşdiriliblər.