vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:27 | 28 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Orxan Zeynalova 17 il

Azərbaycan vətəndaşı qətl baş verən gün Moskvada olmadığını deyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi baş tutub.

ANS PRESS-in məlumatına görə, bu gün Moskva şəhər məhkəməsi Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalovu günahkar hesab edərək, onu ciddi rejimin koloniyasında 17 il müddətinə məhkum edib.

Bundan əlavə olaraq hakim Nikolay Tkaçuk vəfat etmişin atasına zərər çəkmiş vətəndaş iddiası ilə 3 milyon rubl kompensasiya ödənilməsini tələb edib.

Qeyd edək ki, O.Zeynalov bir necə gün öncə məhkəmədə ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: «Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim».

İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü üçün yanlış ifadə verdiyini deyib.