vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
10:50 | 1 fevral 2023 | Çərşənbə Məqaləyə 11956 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Süni intellekt xəbərdarlıq edir

İstiləşmə kritik həddə çatacaq

Qlobal istiləşmə 10-12 ildən sonra kritik həddə çatacaq. Hətta atmosferə atılan zərərli tullantıların həcminin xeyli azalacağı təqdirdə iqlim istiləşməyə davam edəcək. Bu nəticə süni intellektin analizində əksini tapıb.

2015-ci ildə Parisdə imzalanan iqlim sazişi Yer kürəsində ortaillik temperaturun 1,5 dərəcədən çox artmasına yol verməməyə çağırır. Süni intellekt tərəfindən həyata keçirilən tədqiqatda əvvəllər aparılan analizlərdən daha pessimist nəticə hasil olub: dünya artıq 2033-2035-ci illərdə 1,5 dərəcəlik istilik həddini keçəcək, qlobal istiləşmənin 2 dərəcəlik həddə belə saxlamaq mümkün olmayacaq.

“Dünya zərərli tullantıların hazırkı tempi ilə iki dərəcəlik həddi 2050-ci ildə, azalacağı halda isə 2054-cü ildə keçəcək”, – deyə tədqiqatda bildirilir.

Bununla yanaşı, ekspertlər süni intellektin çıxardığı nəticələrə etibar etməyin hələ tez olduğunu, vəziyyəti tam qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu deyirlər.