vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
15:58 | 29 iyul 2013 | Bazar ertəsi Məqaləyə 1804 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evlənənlərə xoş xəbər

Nikah qeydiyyatı elektronlaşdırıldı

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Elektron-hökumət portalında yenilik. "Nikah qeydiyyatı üçün elektron müraciət xidməti” "Elektron hökumət” portalına köçürülüb.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron-hökumət portalı vasitəsilə yeni xidmətini istifadəçilərinə təqdim edib. “Nigah qeydiyyatı üçün elektron müraciət” adlanan bu yeni xidmət vasitəsilə ailə qurmaq istəyən şəxslər indi nigaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər. Nigah qeydiyyatı üçün ərizəni, hər iki tərəf özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən verə bilərlər. Uğurla qeydiyyatdan keçən şəxslərin nigahı 1 (bir) aydan sonra ərizəçilərin seçdiyi saatda bağlanılacaq.
Xidmətdən istifadə üçün: www.e-gov.az saytına daxil olmaq lazımdır.