Şəhərlilərin sayı artır
Yer kürəsinin cəmi 1 faizini tutan meqapolislərdə 3 milyard insan yaşayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
Papa yanılır...
Fransiskin Xocalıda törədilən qətliamdan xəbəri varmı?
-
14 milyon insan qaçqın düşüb
“Dinc əhalinin həyatda qalmaq üçü cüzi imkanları belə hücuma məruz qalır”
-
“Təbiətlə tualet kimi davranırıq”
Quterreş: “Korporasiyalar bank hesablarını dolduqca dünyamızın təbii hədiyyələri boşaldılır”
-
Hər 5 işçidən 1-i...
121 ölkədə keçirilən sorğuda utancverici mənzərə ortaya çıxıb
-
Müsadirə olunacaq ...
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
-
“Kişilik” və “qadınlıq” anlayışları
Gender bərabərliyi, feminizm və zərif cinsin nümayəndələrinə qarşı zorakılıq
-
BMT-də İran müzakirələri
Qurum edamların dərhal dayandırılmasını tələb edir; missiya yaradılır
-
“İranda vəziyyət kirtikdir”
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı həyəcan təbili
-
BMT “ölüb”...
Qurum “sülh”ə çağırmaqdan başqa heç bir işə yaramır
-
Əgər İran səmimidirsə ...
Tehran atılacaq ciddi addımların təhlükəsinin fərqindədir
-
BMT-də Rusiyaya qarşı qətnamə
Aİ dünyadan təcrid edəcəyini deyir, NATO zəif görməməyə tövsiyə edir
-
“Biz cəhənnəm yolundayıq”
BMT baş katibi: “Həyatımızın mübarizəsindəyik və məğlub oluruq”
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
“Zarafatdan başqa bir şey deyil”
İranın BMT komissiyasından qovulması tələb edilir
-
Aclıq və qida çatışmazlığı böyüyür
BMT-dən həyəcan təbili
Dünya şəhər əhalisinin ən çox artdığı tarixi yaşayır. «Reuters» agentliyinin Dünya Şəhər günü münasibətilə yazısında belə deyilir.
BMT dünyada şəhər əhalisinin artımına diqqət çəkmək və bu artımın doğurduğu sınaqların öhdəsindən gəlmək, əməkdaşlığın vacibliyini vurğulamaq və planlamaq, urbanizasiyanın qlobal inkişafda rolunu öyrənmək məqsədilə oktyabrın 31-ni Şəhər günü kimi qeyd edir.
3,5 milyard insan şəhərdə qalır
Təşkilatın bu günə olan hesablamaları göstərir ki, hazırda dünya əhalisinin yarısı, yəni 3,5 milyard insan şəhərlərdə yaşayır. 2030-cu ildə isə insanların 60 faizinin şəhərdə məskunlaşacağı gözlənir. Halbuki, bütün şəhərlər Yer kürəsi ərazisinin cəmi 1 faizini tutur. Bununla belə, enerji istehlakı və karbon qazı tullantılarının 75 faizi şəhərlərin payına düşür.
BMT xəbərdarlıq edir ki, şəhər əhalisinin sürətlə artması su ehtiyatları, yağış və çirkab sularının həcminə, ətraf mühitə, ictimai sağlamlığa güclü təsir göstərir.
Bununla belə, təşkilatın məlumatında sıx məskunlaşmanın səmərəli tərəfləri qeyd olunur, texnoloji nailiyyətlərin resurslardan və enerjidən istifadəni minimuma endirməkdə məqsədli olduğu deyilir.
BMT həm də şəhərlərdə bərabərsizliyin artdığını, özü də 1980-ci ildən bəri hökm sürdüyünü, 828 milyon adamın şəhərlərdəki xarabalıqlarda yaşadığını bildirir.
Şəhərlilərin 53 faizi Asiyada yaşayır
«Reuters» şəhərlərlə bağlı bir neçə maraqlı faktı göstərib. Agentliyin məlumatına görə, 1990-cı ildə dünyada cəmi 10 meqapolis var idisə, indi onların sayı 28-əçatıb. Dünyanın ən böyük şəhəri Tokiodur, 38 milyona yaxın əhalisi var.
Dünyanın ən kiçik şəhəri, eləcə də ən kiçik dövləti Vatikandır, 500 nəfər əhalisi var. Şəhər əhalisi ən çox olan qitə Asiyadır, şəhərlilərin 53 faizi burada yaşayır. Avropa dünya şəhər əhalisinin 14 faizinin, Latın Amerikası və Karib adaları 13 faizinin vətənidir.
Əhalisinə ən yaxşı həyat səviyyəsi təklif edən şəhər Avstriyanın paytaxtı Vyanadır. İkinci yerdə Sürix (İsveçrə) dayanır. Dünyanın ən yaradıcı şəhəri isə Səudiyyə Ərəbistanının Əl-Ahsa şəhəri sayılır.