vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
DÜNYA  
09:23 | 7 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1965 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT missiyasına silahlı hücum edildi

Ölən və yaralananlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Malidə BMT-nin missiyası silahlı hücuma məruz qalıb. APA-nın verdiyi xəbərə görə, insident ölkənin mərkəzindəki Mopti regionunda baş verib.

Məlumata əsasən, bir-birinin ardınca törədilən iki hücum nəticəsində 2 dinc sakin və 1 BMT sülhməramlısı ölüb, daha 7 əsgər yaralanıb. Əvvəl əsgərlərin olduğu hərbi konvoy ərazidən keçdiyi zaman partlayıcı qurğu işə düşüb, daha sonra BMT missiyasının binası atəşə tutulub.

İnsidentə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11,2 min hərbçi və 1,44 min polis yerləşdirilib. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti də yer alır.