vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
RƏY, REPLİKA  
16:12 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, çox eybəcər bir şeydir»

Cavid Qurbanovdan etiraz

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri, deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədə tikinti sahəsində yaranan problemlərdən danışıb.

Modern.az-ın xəbərinə görə, Cavid Qurbanov söyləyib ki, ev, obyekt tikintisi aparırsansa, onu özəlləşdirsən də altındakı mülkiyyət (yəni torpaq) sənə aid deyil:

«Bizdə evi satırlar, amma evin altındakı torpaq əmlakının ayrıca özəlləşdirilməsini tələb edirlər. Bu, çox eybəcər bir şeydir. Ona görə də təklif edirəm ki, heç olmasa tikintinin altındakı torpaq mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin özəlləşdirilməsinə imkan verilsin». Deputat Vahid Əhmədov və Tahir Mirkişili isə əlavə edib ki, bu yaxınlarda Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərdə bu məsələlər müəyyən mənada öz əksini tapıb.

Cavid Qurbanov isə əlavə edib ki, belə olan təqdirdə, bəs rayon icra hakimiyyətlərinin tikinti aparmaq üçün verdiyi sərəncamlar nəyə lazım olacaq?

«Ona görə də, bu anlaşılmazlığın və problemin aradan qaldırılması və qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı ölkə rəhbərliyinə millət vəkilləri adından müraciət ünvanlayaq».