vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
22:00 | 18 noyabr 2016 | Cümə Məqaləyə 1866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Taksi sürücülərinə sonuncu xəbərdarlıq

DYP tədbirlər görəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakıda taksilərə fərqlənmə nişanlarının verilməsi ilə bağlı artıq kifayət qədər iş görülüb». Bu barədə «Trend»ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

N.Allahyarova bildirib ki, Bakıda taksi xidməti göstərən 15 minə qədər fiziki şəxs var: «Artıq 8500-ə qədər taksi xidməti göstərən şəxs fərqlənmə nişanının alınması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib və fərqlənmə nişanı əldə ediblər. Göründüyü kimi taksi xidməti göstərən şəxslərin çoxu fərqlənmə nişanı alıb».

N.Allahyarova deyib ki, Bakıda fəaliyyət göstərən taksilərlə bağlı hələki ciddi qərarlar qəbul edilməyib: «Taksi xidməti göstərən şəxslərə gəlir əldə etdikləri sahədə həmin xidməti daha da təkmilləşdirmək üçün vaxt verilib. Fərqlənmə nişanın verilməsi qaydaları da çox rahatlaşdırılıb. Əvvəllər taksilər bir neçə orqana rüsum ödəyirdi, amma indi cəmi 18 manat ödəməklə fərqlənmə nişanı əldə edirlər. Hələki çalışırıq bir neçə ay fərqlənmə nişanının verilməsini təşviq və təmin edək. Taksi sürücüləri də agentlik yaranmazdan əvvəlki vəziyyətdən əziyyət çəkdikləri üçün çox narahatdırlar. Ancaq indi vəziyyət düzəlib, fərqlənmə nişanı almaq çox asanlaşıb. Bir neçə ay sonra Dövlət Yol Polisi ilə birgə monitorinqlər keçiriləcək və fərqlənmə nişanı olmayan taksilərlə bağlı tədbirlər görüləcək».