vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
07:22 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 2268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kerri Lavrova zəng etdi

Söhbətlərin sayı artdıqca vəziyyət daha da kritikləşib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri telefonla Suriyada münaqişənin nizama salınması yollarını müzakirə ediblər.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə olub.

«İki ölkənin rəsmiləri BMT Təhlükəsizlik Şurasının Suriyada danışıqlara ilkin şərtsiz başlamaq tələbi də daxil olmaqla, münaqişənin nizama salınması yollarının müzakirəsini davam etdirib. Həmçinin Hələbin qanunsuz silahlı qruplaşmaların olduğu şərq hissəsində vəziyyətin normallaşdırılması məsələsi müzakirə edilib», – deyə nazirliyin məlumatında qeyd olunur.

Danışıqlarda eləcə də başqa aktual beynəlxalq məsələlər, o cümlədən Yəməndə, Ukraynada mövcud durum, yaxın Şərqdə vəziyyətin nizama salınması da diqqət mərkəzində olub.