vaxtlı-vaxtında oxuyun! Bazar, 12 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
12:06 | 6 noyabr 2013 | Çərşənbə Məqaləyə 2959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məleykə Abbaszadə Parisə getdi

TQDK sədri beynəlxalq konfransda iştirak edəcəkdir

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabr ayının 7-dən 9-dək Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransı keçiriləcəkdir. «Beynəlxalq araşdırmalar, digər təcrübələrdən bəhrələnmə siyasəti və milli qiymətləndirmə» mövzusunda keçiriləcək konfrans Fransanın paytaxtı Paris şəhərində təşkil olunacaqdır.

Azərbaycan Respublikasından konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın aparat rəhbəri Nərminə Bayramova iştirak edəcəkdir. Konfransda biliyin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, milli qiymətləndirmənin təbliği və bu sahədə araşdırmalar, həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaqdır.