Qanadlı raketlərin mesajları
Türkiyə ABŞ-la münasibətlərini yenidən bərpa etmək şansı qazanıb
Robert PİRSON, «Middle East İnstitute» (Yaxın Şərq İnstitutu, ABŞ)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İrqçi siyasətçinin qubernatorluq iddiası
Respublikaçıların Missuri ştatındakı namizədlərinin özünəməxsusluğu ...
-
“Çərpələng kimi zirvədə”
Tramp Baydenin televiziya debatlarından əvvəl narkotik testindən keçməsini istəyir
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
“Türkiyənin dünyadakı kartları”
Beyin mərkəzi EUISS hesabatı: “Türkiyə dünyanın dörd kritik bölgəsində əhəmiyyətli gücə malikdir”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
ABŞ-ın Dəməşqdən 7 km şimal-şərqdəki əl-Şayrat hərbi bazasına raket zərbələri ilə hücumu Suriya müharibəsinin dinamikasını dəyişib. Qanadlı raketlərlə zərbələr Əsəd rejiminə açıq və məzmunlu mesaj idi: Suriya hökumətinin vəhşiliyinin bir həddi-hüdudu var.
Bu, əlbəttə, ABŞ tərəfindən müharibə elan etmədən, həm də Dəməşqdə rejim dəyişikliyinin vacibliyi ilə bağlı amerikalıların Bəşər Əsədə xəbərdarlığı idi.
Əsədin nöqteyi-nəzərincə, ruslar Suriya müharibəsi ilə bağlı son sülh danışıqlarının aydın qalibləridir, türklər sülh danışıqlarından başqa, ruslarla daha geniş münasibətlərə meyillənmiş və Vaşinqton indi İŞİD-lə mübarizə üçün Rusiya ilə əməkdaşlığa gedirdi. Lakin hazırda bütün dünya prezident Donald Trampın qətiyyətini tərifləyir, üsyançıların düşərgəsində isə ümid qığılcımı yaranıb.
Bilərəkdənmi-bilməyərəkdənmi, raket zərbələri Ankara və Vaşinqton arasında münasibətlərə yeni impuls verir. ABŞ-ın səyləri Əsədə ayrılan vaxtın məhdud olduğuna dair mesaj kimi təfsir edilə bilər.
Sülh prosesində Əsədin gələcəyi ilə bağlı Vaşinqton yeni mövqe ortaya bilər, lakin bunun baş verməsi mürəkkəbdir. Türkiyə, şübhəsiz, məmnun olacaq və prezident Rəcəb Tayyib Ərdoğan artıq indidən Amerikanın davranışını yüksək qiymətləndirib və öz yardımını təklif edib.
Bu zərbələr qaçqınlar üçün təhlükəsiz zonaların müzakirəsinə real zəmin yaradır, lakin Birləşmiş Ştatların bu zonaları quru qoşunlarla təmin etməsi zəif ehtimaldır.
Raket zərbələri, həmçinin Türkiyə-Rusiya münasibətlərinə buz kimi soyuq duş olacaq. Bu münasibətlər Suriyada kürd döyüşçülərinə Rusiyanın qucaq açması ilə artıq tərəddüd doğurub və Moskva Suriyada, Türkiyə qüvvələri tərəfindən dəstəklənən hərbi anklavdan kənarda Türkiyənin qarşısını almaq üçün hərəkət edir.
Ərdoğan, böyük ehtimalla, rejimin dəyişdirilməsinə dair çoxdankı tələbini yenidən əsaslandıra biləcək. 2016-ci ilin yayında və Astana sülh danışıqları zamanı Rusiya ilə «aşiq-məşuq» olarkən, o, bu tələbdən imtina etmişdi. 16 Aprel referendumunda qalibiyyət şansını möhkəmləndirmək üçün Ərdoğan, yəqin ki, hələ də Birləşmiş Ştatları və Rusiyanı da tənqid etmək üçün üsul tapa bilər. Əlbəttə, o, Türkiyəni qurban kimi göstərəcək, problemlərinin anlanmasını istəyəcək və yardım tələb edəcək.
Yaxın gələcəkdə ABŞ və Türkiyə arasındakı münasibətlərdə bəzi çətin anlar yaşanacaq. Amma Türkiyə yardım barədə ciddidirsə, irəli addım atmalıdır. Təhlükəsiz zonaların qurulması və qaçqınların qorunması üçün kampaniyanı quru qoşunlarla təmin etməlidir. Beləliklə, Türkiyənin niyyətləri və imkanları haqqında bir müddət şübhəçi olmuş Amerika hərbçiləri ilə möhkəm əlaqə qurulacaq.
Lakin təhlükəsiz zonalar Suriyada kürd YPG milislərinə qarşı hərbi fəaliyyət üçün zəmin və ya Türkiyənin dəstəklədiyi üsyançı qüvvələrə qarışmış «Əl-Qaidə» üçün sığınacaq olmamalıdır.
Ankara artıq başa düşür ki, Vaşinqton hələ də Mosul və Raqqa əməliyyatlarını başa çatdırmaqdan ötrü kürd, ərəb və digər yerli qüvvələrə etibar etmək niyyətindədir. Odur ki, bu anlayışlı mövqe pozulmamalıdır.
Son səfəri zamanı Ankara dövlət katibi Reks Tillersonla nəzakətli davranmadı. O, son iki ay ərzində Tillersonun Türkiyəyə gələn üçüncü və ən yüksək mənsəbli ABŞ qonağı olduğuna məhəl qoymadı.
75 ildə Türkiyənin ən ardıcıl dostunun kim olduğuna dair dərsin, çətin ki, bir faydası olsun, lakin Türkiyə qısamüddətli daxili mənfəət üçün buna göz yumur.
Diqqətli baxış zamanı görünür ki, Türkiyə və Birləşmiş Ştatlar arasında yaxşı şeylər çoxdur. Raket zərbələri bu iki ölkəyə potensiallarını reallaşdırmaq üçün daha bir imkan yaradır.