vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
KONSERT  
21:16 | 6 iyun 2018 | Çərşənbə Məqaləyə 41709 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda “Yay caz günləri”

Festival iyunun 8-dək davam edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Premier Art Managment” prodüser agentliyinin dəstəyi ilə “Baku Summer Jazz Days” (“Yay caz günləri”) festivalının açılışı olub.

Açılış mərasimində çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda növbəti caz festivalının keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Diplomat ilk konsertdə tanınmış israilli musiqiçi Avişay Koenin öz kvarteti ilə cazsevərlərin qarşısında çıxış edəcəyini diqqətə çatdırıb və festivalın bütün iştirakçılarına uğurlar arzulayıb.

Sonra tamaşaçılar Avişay Koen və qrupunun ifasını dinləyiblər.

Qeyd edək ki, “Baku Summer Jazz Days” festivalı iyunun 8-dək davam edəcək. Bu günlər ərzində paytaxt sakinləri və qonaqlarını populyar musiqiçilərin maraqlı çıxışları gözləyir.