vaxtlı-vaxtında oxuyun! Bazar, 23 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
16:15 | 8 iyun 2024 | Şənbə Məqaləyə 447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sizi öldürürlər, insanlar...

Energetik içkilər, elektron siqaret, hərəkətsizliklə...

İlqar RƏSUL

Əvvəl dünyada bürokratiya, süründürməçiliklə öldürürdülər insanları.Kasıb-kusubu, orta təbəqəni yəni. Amma sağ qalan çox olurdu. İllah da kənddə kəsəkdə sağ qalanlar. İndi yox, indi kənd-kəsək də tədricən qəsəbələşir, şəhərləşir. İnternet də süründürməçilyin müəyyən qədər nəfəsin kəsib.

Amma öldürmək davam edir. Həm də necə.

Enerji içkiləri ilə öldürürlər sizi.

Elektron siqaretlərlə öldürürlər sizi.

Geni dəyişdirilmiş meyvə-tərəvəz və s. ilə öldürürlər sizi.

Amma bu da azdı. Çünki orqanizmlər tədricən bu zəhərlərə uyğunlaşır deyə effekt tam arzulanan deyil. Demək ki, daha ciddi nələrsə düşünmək lazımdır. Bəs nə etməli?

İnsanı fəaliyyətdən saxlamalı...

Burada artıq proses özünün yeni və texnoloji mərhələsinə keçir. Və sizi daha "zərərsiz", diqqət çəkməyən, cəmiyyətdə adi, hətta inkişaf göstəricisi kimi qəbul edilən, amma əslində, dəhşətli silah olan vasitələrlə tədricən, yavaş-yavaş söndürürlər.

Artıq sizi skuterlərdə gəzdirib yeriməkdən saxlayaraq məhv edirlər: O gün az qala 60 yaşlı bir kişi yanımdan skuterlə keçdi. Baxdım və düşündüm, bəs bu nə vaxt yeriyəcək ki, ürək fəaliyyəti normal olsun, damarlarında qan hərəkət eləsin.

İndi də baxıram, yataqda qidalanmaq, telefonla, planşetlə rahat məşğul olmaq üçün yığılıb-açılan kiçik masa təklif edirlər. Görünüşü də elə qəşəngdir, vur qoltuğuna dükana-bazara get, hamı görsün ki, ondan səndə də var. Aksessuar, təxminən.

Bu gedişlə bir azdan birbaşa yatağa duş və ayaqyolu da qoşacaqlar bu insan qatilləri. Yəni ki, day niyə qalxırsan, uzan uzandığın yerdə, gözlərini aç, hər şeyi orada elə, fəaliyyətsiz ol.

Bir gün də yatağa kənarları bağlanan xüsusi örtük əlavə edəcəklər. Söndün, gəlib üzünə çəkib, kənarlarını büzüb birbaşa məzara götürsünlər deyə. Axı ölüm halları sürətlənəcək.

Bütün bunları düşünənlər özləri heç birindən istifadə etmir. Səhərlər təmiz havada qaçırlar, günortalar ya axşam şəxsi hovuzlarında üzürlər, oyunların da ayaq üstdə olanını - qolf, böyük tennis, bilyard – filanı seçirlər, arıqlamaq üçün dieta saxlamırlar, idmanla məşğul olurlar. Halbuki onların arıqlamağa ehtiyacı olmur, çünki adətən kök olmurlar. Kefləri kök olur amma. O qədər kök ki, hesab edirlər planetdə adam çoxdur, ən azı üçdə ikisini qırmaq lazımdır. Amma birbaşa qırmaq olmaz axı. Özlərinin yazdığı “insan hüququ konsepsiyaları”ndan ayıb olar. Virus da özünü o dərəcə doğrultmur. Çünki həm də özləri üçün təhlükəlidir.

Bəs necə etməli?

Əlbəttə ki, faydasız, yaxud zərərli qida, üstəgəl hərəkətsizliklə...

Amma bunu edənlərdən soruşsanız ki, niyə belə edirsiniz, hamını öldürürsünüz? Deyəcəklər, biz hamını yox, axmaqları öldürürük. Ağılları var, İstifadə etməsinlər. Axı bu elə də çətin deyil. Onlara ki, bu enerji içkilərini, skuterləri zorla vermirik.

Sən axmaqsanmı?

Necə düşünürsünüz, bəlkə haqlıdırlar? Gəncin enerji içkisi içdiyini başa düşdük, qanmır, hələ sağlamdır deyə, "kef" edir. Amma bunun böyüyü gənc deyil axı, başa sala bilər də. Bəlkə...

Bəs o 60 yaşlı kişi? Axı doğrudan da ağlı başında olan 60 yaşlı kişi skuterlə gəzməz, getməz ayaqlarının getməli olduğu yerə...

Bəs niyə gedir? Bəlkə...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)