2 faizdən 40-a qalxıb
Rusiyada keyfiyyətsiz məhsulların həcmi niyə artıb?
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Diplomatik kriz
“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
Rusiya Ukraynada işğalçı müharibəyə görə sərt sanksiyalardan əziyyət çəkir. Rusiyalı rəsmilər bu faktı etiraf etməsələr də, iqtisadiyyatda ciddi problemlər mövcuddur. Rusiyanın bilgisayarlara, telefonlara və digər texniki avadanlıqlara ehtiyacı var. Rusiyada bunların istehsalı yoxdur, Qərb ölkələrindən isə ala bilmir.
Rusiya lazımi avadanlıqları Çindən almağa çalışır. Ancaq “Kommersant” qəzetinin yazdığına Rusiyanın Çindən aldığı texniki avadanlıqlar keyfiyyətsizdir. Rusiyanın keçmiş illərdə Çindən aldığı texniki avadanlıqların 2 faizi keyfiyyətsiz idisə, Ukraynada işğalçı müharibə başladıqdan sonra bu rəqəm 40 faizə qalxıb. Çünki Rusiyanın Çindən aldığı texniki avadanlıqların həcmi artıb. Digər tərəfdən texniki avadanlıqların çatdırılmasında logistik problemlər mövcuddur. Rusiya şirkətləri texniki avadanlıqları birbaşa müəssisələrdən deyil, vasitəçilərdən alırlar. Bu səbəbdən texniki avadanlıqların keyfiyyətini yoxlamaq çətinləşir. İqtisadi ekspertlər Rusiyada keyfiyyətli texniki məhsullara qiymətlərin bundan sonra da artacağını proqnozlaşdırırlar.
Rusiya üzlədiyi sanksiyalara görə 162 böyük layihədə istifadə edilən idxal məhsullarından imtina edib. Həmin məhsullar ya Çindən alınır, ya da Rusiyanın özündə istehsal edilir. Ancaq hər iki halda məhsulun keyfiyyətində ciddi problemlər var. Rusiyanın kimya sənayesində də ciddi problemlər mövcuddur.
Bu arada, rusiyalı ekspertlərin Çinin siyasəti ilə bağlı şikayətlər də artıb. Misal üçün rusiyalı ekspert Serkey Markov ölkəsinin Ukraynaya qarşı apardığı müharibə fonunda Rusiyanın yalnız iki müttəfiqi olduğunu bildirib: Belarus və İran. Markov Çinin Rusiyanın “ümidlərini” doğrultmadığını vurğulayıb: “Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Rusiya ilə münasibətlərdə daha səmimidirlər, nəinki Çin. Bu ölkənin rəsmiləri sözdə Rusiyanı dost dövlət adlandırırlar, əməldə isə biz bunu görmürük. Görünür, Pekin ABŞ-ın sanksiyalarından ehtiyat edir. Rusiya Hindistana da etibar etmir. Çünki bu dövlətin də ABŞ-la sıx münasibətləri var”.
Kremlin dost dövlətlərdən gözləntisi budur ki, həmin ölkələr Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləsin. Ancaq bu mümkün deyil. Rusiyanın dostları və tərəfdaşları da anlayırlar ki, bu işğalçı müharibədir.