vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
12:02 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin rejimi çökəcək, ...»

«... Rusiya isə dağılacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Krımı yalnız Kremldəki hakim rejimin zəifləməsindən sonra geri qaytara bilər. Bunu «Espreso» televiziyasına müsahibəsində ukraynalı ekspert Vitali Portnikov söyləyib. Onun sözlərinə görə, Qərb sanksiyaları Kremli zəiflədir, amma bu proses çox zəif gedir:

«Sivil dünya aqressiya ilə razılaşmaq istəmir. Əgər hətta Qərbdəki rusiyayönlü lobbi sanksiyaların yumşaldılmasına cəhd etsə, Putin rejiminə qarşı təzyiqlər yoxa çıxmayacaq. Əslində bu sanksiyalar müəyyən qədər Kremlin əlinə də oynayır. Bunun hesabına hökumət elektoratının sayını artırır, güc strukturlarını zənginləşdirir, müdafiəyə ayrılan pullardan gəlir əldə etməyi bacarır. Uzunmüddətli gələcək isə aydındır. Qərb bir müddət sonra uğur əldə edəcək. Yəni Putin rejimi və hətta postsovet Rusiyası da dağılacaq».