Baydenə pozitiv cavab
ABŞ Prezidenti koronavirusa yoluxub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin Qərbin əl-qolunu bağlayıb
Pekinin aqressiv strategiyaları mədən müharibəsində “dözülməz rəqabət” yaradıb
-
İrqçi siyasətçinin qubernatorluq iddiası
Respublikaçıların Missuri ştatındakı namizədlərinin özünəməxsusluğu ...
-
“Çərpələng kimi zirvədə”
Tramp Baydenin televiziya debatlarından əvvəl narkotik testindən keçməsini istəyir
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
Ağ Ev cümə axşamı bildirib ki, ABŞ Prezidenti Co Baydenin COVID-19 testi müsbət çıxıb, ancaq onun simptomları “yüngül”dür.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer yaydığı açıqlamada bildirib ki, tam doza peyvənd olunan və iki dəfə buster doza vurulan 79 yaşlı Bayden virus əleyhinə Paxlovid dərmanın qəbul etməyə başlayıb və Oval ofis əvəzində Ağ Evdə iqamətgahında işləyir.
Bayden “Twitter”də “Dostlar, mən özümü yaxşı hiss edirəm. Qayğınız üçün minnətdaram” yazıb. O “məşğul olduğunu” deyib, ancaq iki Pensilvaniya qanunvericisi və Skranton şəhərinin merindən “bu gün tədbirimizə gələ bilmədiyimə görə təəssüf hissi keçirdiyimi” çatdırmalarını istəyib.
Jan-Pyer deyib ki, Bayden Xəstəliklərə Nəzarət Mərkəzindən verilən təlimatlara uyğun olaraq “Ağ Evdə təcrid olunacaq və bu müddət ərzində bütün vəzifələrini tam şəkildə yerinə yetirməyə davam edəcək.”
“O, bu səhər Ağ Evin işçiləri ilə telefonda əlaqə qurub və bu səhər planlaşdırılmış görüşlərinə telefon və ya Zoom vasitəsilə qatılacaq”, – Jan-Pyer əlavə edib.
Açıqlamada bildirilib ki, Bayden testi mənfi çıxana qədər təcrid olunmağa davam edəcək.
Ağ Ev deyib ki, birinci ledi Cill Baydenin koronavirus testi mənfi çıxıb.
O, “Mən bu gün Detryota yoldayam, ancaq Co ilə danışmışam və özünü yaxşı hiss edir, sadəcə yüngül simptomlar keçirir. Mənim COVID-19 testim bu səhər mənfi çıxıb. Mən CDC-nin təlimatlarına əməl etməyə və maska taxmağa davam edəcəm”, – deyə tvit atıb.
Ağ Ev yaxınlığında yerləşən Corc Vaşinqton Universitetinin Tibb məktəbindən prezidentin həkimi olan Dr. Kevin O’Konnor deyib ki, ölkə rəhbərinin ilk öncə antigen testi, daha sonra isə PCR testinin nəticəsi müsbət çıxıb.
O’Konnor Baydenin burnunun axdığını, özünü yorğun hiss etdiyini və arabir öskürdüyünü deyib.
Həkim bildirib ki, Bayden tam peyvənd olunduğu və ona iki buster doza vurulduğu üçün “Mən onun, onun kimi maksimum dərəcədə qorunan pasientlər kimi, müalicəyə müsbət cavab verəcəyini gözləyirəm. Bu halda “Paxlovid”dən istifadə xəstəliyin ağır keçməsinə qarşı qoruyur.”
ABŞ-da koronavirusa milyonlarla insan yoluxub, onlardan bir milyondan çoxu həyatını itirib. Bayden hər zaman olmasa da, əksər hallarda özünü xəstəliyə qarşı qorumaq üçün maska taxıb. Sabiq prezident Donald Tramp da vəzifəsinin bitməsinə az qala xəstəliyə yoluxmuş və xəstəxanaya yerləşdirilmişdi. Tramp koronvirusa yoluxduğu zaman vaksinlər yox idi.
İndi ölkə boyu konavirusun yoluxuculuq səviyyəsi yüksək olan BA.5 variantı yayılmaqdadır və hər gün 100 min yeni yoluxma halı qeydə alınır.