“Səhər”in zülməti
Telekanalın propaqandası fars-molla rejimi barədə bəzi sualları cavablandırdı
Asif NƏRİMANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əgər qəza deyilsə, ...?
“İranın sui-qəsdlərə meylli siyasi mədəniyyətində çox az adam Rəisinin ölümünün təsadüf olduğuna inanacaq”
-
... İranın faciələri
2020-ci ildən bu günə qədər ...
-
“Hüccətül-İslam” necə Ayətullah oldu?
Dini lider Əli Xamenei oğlunu hakimiyyətə hazırlayır
-
Rəisi kim idi?
İndi nə olacaq?
-
Rəsini kim əvəzləyəcək?
İran prezidentinin olmadığı müddətdə proses necə gedəcək?
-
Qəzadan sağ çıxan olmayıb
İran dövlət televiziyası Prezident Rəisi və xarici işlər naziri Abdullahiyan həlak olduğunu təsdiqləyib
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Bizimlə dirəşən o birilərlə barışır
İran ətrafında halqa daralıb, sanksiyalar sərtləşib
İranın “Səhər” kanalının Azərbaycan haqqında hazırladığı və daha çox öz fəaliyyətlərini tənqid etmək kimi görünən verilişdə səslənən fikirlər iki suala cavab verir:
1. İran şiəlikdən necə siyasi alət kimi istifadə edir və Azərbaycana qarşı planları nədir;
2. İranın Azərbaycandakı casus şəbəkəsini harada axtarmaq lazımdır?!
Verilişdə qeyd olunur ki, İran 30 il vaxt itirdi, mövqeləri zəiflədi və Azərbaycanda potensial şiə hərəkatı boşa çıxdı.
– İndi Azərbaycanda İran hər gün ittiham olunur: İrana qarşı ittihamlara cavab verəcək adamları bu illər ərzində Azərbaycanda yetişdirmək mümkün deyildi? Bir qrup şəxsdən başqa heç kim etmir;
– İranda təhsil alan, İmam Mehdinin “çörəyini yeyən” minlərlə tələbə haradadır?
Bu, molla rejiminin İranda təhsil alan tələbələrə potensial təsir agenti kimi baxdığının etirafıdır: mollalar “İmam Mehdinin çörəyi”ni yeyən tələbələrindən dəstək istəyir, eyni zamanda, hələ də “bir qrup şəxsin” onların təsirində olduğunu deyirlər;
Və belə etiraf Azərbaycan dövlətini dini təhsil məsələsinə daha da həssas yanaşmasını zəruri edən amildir.
– İranın pulu ilə Azərbaycanda yaradılan xəbər saytları indi Ankara və Bakını niyə təbliğ edir?
Molla rejimi təbliğ edən media resurslarının sayları azalsa da, olduğunu bilirik. “Səhər” telekanalı bunu etiraf edir. Bu media orqanlarının “Ankara və Bakını təbliğ etməsi”nə İranın uğursuzluğu kimi baxmaq olar, lakin o da istisna deyil ki, bunu şəraitə uyğun edir və bu yolla özlərini gizlədirlər.
– Küçələrdə İrana dəstək verəcək on minlərlə dindar haradadır?
İran Azərbaycandakı dindarları öz tərəfdarı kimi təqdim edir, lakin dindar olmaq “İran casusu” olmaq demək deyil: molla rejiminin bu tezisində hədəfi bütün inanclı azərbaycanlılar haqda şübhə toxumu səpmək, onları hədəfə çevirmək məqsədi daşıya bilər; inanclı kəsim molla rejiminə qarşı mövqeyi ilə öz tərəfini seçməli və başqa ölkənin onlardan siyasi alətə kimi istifadə cəhdinə imkan verməməlidir.
– Azərbaycanın təhlükəli olduğunu başa düşdük, bəs Rusiya və İranda yaşayanlar hardadır, niyə susurlar?
Mollalar Cənubi Azərbaycandakı soydaşlarımızı Bakıya qarşı qaldırmaq, dini kimliyin milli kimliyin önünə keçməsinə nail olmaq istəyirlər. Burada əsas diqqətçəkən məqam “Rusiyadakı azərbaycanlılardan” dəstək istəmələridir. İranın Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandakı soydaşlarımızı da öz təsirinə salmaq istiqamətində çalışdığı, müəyyən nəticələr əldə etdiyi də bəllidir.
Borçalıda tərəfdarları var, o cümlədən, Rusiyada, xüsusilə Moskvada azərbaycanlıların ibadət etdiyi məscidlərdə İran təbliğatının güclü olduğunu bilirik. İstisna deyil ki, İran Azərbaycanla qarşıdurmada Rusiyada və Gürcüstanda yaşayan azərbaycanlı tərəfdarlarından da istifadə etməyə çalışacaq.
Etiraflardan ibarət olan bu çağırışların hədəfinin Azərbaycanda dindar kəsimi “İranın müdafiəsi” məqsədilə hərəkətə keçirmək olması ehtimalı da nəzərdən qaçmamalıdır.