Soylu ABŞ-ın başsağlığını qəbul etməyib
“Qatilin hadisə yerinə ilk gələnlərdən biri olması ...”
Yeganə HACIYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
“F-16”lar üçün yaşıl işıq
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
-
Ən azı 20 tanker gözləyir
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
-
Qardaş yumruğu və mollaların bədbəxtliyi...
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
-
Tehran “F-16”ları gördü
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
-
“Dostlara güc, düşmənə qorxu”
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
-
“Bir gecə, qəfildən ...”
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
“Hara getsək arxamızca qaçır”
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
-
“Özünü qorumaq haqqı var”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünənki partlayışı PKK/YPG terror təşkilatı həyata keçirdiyini və bombanı qoyan şəxsin saxlanıldığını bildirib.
Ardınca Süleyman Soylu ABŞ-ın terrorla bağlı verdiyi başsağlığı mesajını “qatilin hadisə yerinə ilk gələnlərdən biri olması” kimi də dəyərləndirib.
“Partlayış təlimatının Suriyanın Kobani şəhərindən gəldiyini, hadisəni törədənin Afrindən keçdiyi qənaətindəyik”, – deyə Soylu bildirib.
Soylunun bu fikirləri ABŞ-ın PKK-YPG yə verdiyi hərbi-siyasi dəstək , son illər bu təşkilatı terror təşkilatı deyil, “azadlıqsevər” bir xalqın özünü müdafiə hərəkatı kimi legitimləşdirmə cəhdləri etməsinə əsaslanır.
Son illər ABŞ PKK ilə PYD/YPG arasında heç bir əlaqənin olmadığı təsəvvürü yaratmaq üçün davamlı cəhdlər edir.
Bu Vaşinqtonun terror təşkilatının Suriya qolunun hərəkətlərini qanuniləşdirmək və onu regional bir aktor kimi təqdim etmək səylərinin bir hissəsidir.
İki terror strukturu arasındakı əlaqənin mövcudluğu ( PYD/YPG PKK-nın bir qoludur ) onlarla rəsmi hesabatda əksini tapmasına, Suriyada on ildir davam edən münaqişə zamanı YPG-nin saysız hesabsız hərbi cinayətlərinin sənədləşdirilməsinə baxmayaraq ABŞ bu cür cəhdlər edir.
Bu məqsədlə iki il öncə Hollivudda bu təşkilatın Suriyanın Kobani şəhərində guya İŞİD yaraqlılarına qarşı döyüşməsinə həsr olunan filmin çəkilişinə başlanılıb.
YPG/PKK terrorçularının “qəhrəmanlığı” mövzusuna həsr olunmuş film Gail Lemmonun müəllifi olduğu “Kobaninin qızları: üsyan, cəsarət və ədalət hekayəsi” kitabının əsasında çəkilir.
“Qadın Özünümüdafiə Birlikləri”nin “qəhrəmanlığına” həsr olunan “Kobaninin qızları” kitabı əsasında serial çəkmək qərarı beynəlxalq ictimaiyyətdə PKK terrorçularının İŞİD ilə mübarizədə guya effektiv rol oynaması təəssüratı yaratmağa hesablanıb.
Filmin ideya müəllifi və prodüseri kimi insan taleləri və dramatik filmlər haqqında filmlər çəkən “HiddenLight” prodüser şirkəti çıxış edir.
“HiddenLight” prodüser şirkətinin təsisçisi isə nə az nə çox ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Hillari Klintondur.
Hillari Klinton və qızı Çelsi şirkəti 2020-ci ilin dekabrında məhz bu filmin çəkilişi üçün təsis ediblər.
Dünən İstanbulda törədilən terrorun sifarişçisi Kobanidə, icraçısı isə Kobaninin qızlarından biridir.