vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ASİYA  
15:57 | 27 dekabr 2012 | Cümə axşamı Məqaləyə 1935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onun dərdi Saakaşvilidi»

«İvanişviliyə başa saldılar ki, başqa variantı yoxdur»

publika.az

“Bidzina İvanişvilinin ilk bəyanatlarının əsas hədəfi prezident Mixail Saakaşvili və onun siyasi rejimi idi”. Publika.Az-a açıqlamasında bu sözləri politoloq Fikrət Sadıxov dünən Azərbaycana səfərə gələn Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Tiflisdə verdiyi bəyanatdan fərqli açıqlamalarını şərh edərkən deyib.

Qeyd edək ki, B.İvanişvili ölkəsində olarkən Bakı-Tiflis-Qars dəmiryolunun bir sıra suallar doğurduğunu bildirmişdi: “Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşdırılması coğrafi baxımdan "çox maraqlıdır", lakin iqtisadi planda bəzi məsələlər var. Yeni dəmiryolunun tikintisi Gürcüstan limanlarından və Gürcüstan dəmiryolunun özündən yüklərin axınına səbəb ola bilər. Buna görə biz qonşularımızla, ilk növbədə Azərbaycanla məsləhətləşmələr keçirməliyik. Gürcüstanın dəmiryollarının inkişafı üçün pullar xərclənir və bu, müəyyən suallar doğurur. Mənim suallarım ünvanına çatıb və biz həmin problemləri müzakirə edirik”.
Gürcüstanın baş naziri Azərbaycanda keçirdiyi görüşlərdən sonra isə Bakı-Tbilisi-Qars dəmiryolu məsələsində heç bir problem olmadığını vurğulayıb: “Mən bundan əvvəl demişdim ki, Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildikdən sonra Gürcüstanın dəmiryolları ilə yük daşımaları yəqin ki, azalacaq. Lakin bu, tələsik verilmiş bəyanat idi. Əslində, bu məsələdə heç bir problem yoxdur. Azərbaycan Prezidenti ilə görüşdə mən qeyd etdim ki, bu bəyanat tələsik verilmiş bəyanat idi və bu məsələdə heç bir problem yoxdur”.
F.Sadıxov hesab edir ki, B.İvanişvilinin dəmiryolu ilə bağlı bəyanatı da məhz M.Saakaşviliyə qarşı yönəlmişdi: “Onun hədəfində nə dəmiryolu, nə də enerji layihələri var. Mixail Saakaşvilini vurmaq, gözdən salmaq üçün yeni baş nazir bütün vasitələrdən istifadə edir. Azərbaycanda da başa düşürdülər ki, Gürcüstanın nə qazı, nə də başqa təbii ehtiyatları var və Gürcüstan gec-tez bu layihələrin iştirakçısı olacaq. Gözlənilənlər də baş verdi. Müxtəlif ziddiyyətli çıxışlara baxmayaraq, Bidzina İvanişvilinin ilk xarici səfəri Azərbaycana oldu. Bu, onu göstərir ki, o, Azərbaycanla Gürcüstanın müasir münasibətlərinin inkişafında maraqlıdır. Çünki bütün layihələr Azərbaycan və Türkiyə ilə bağlıdır. Əmin idim ki, Bidzina İvanişvili gec-tez reallığı qəbul etmək məcburiyyətində qalacaq. Bidzina İvanişvili Azərbaycana gəlib, həqiqətləri gördükdən, rəsmi Bakının mövqeyi ilə tanış olduqdan sonra başa düşdü ki, sadəcə olaraq, onun başqa bir variantı ola bilməz. O, yaxşı başa düşür ki, Gürcüstanın inkişafı, sosial rifahı Azərbaycanla bağlıdır. Onun xalqın rifahını qaldırması üçün mənbələri yoxdur”.