vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9848 AZN
Rusiya rublu 1 RUB = 0.0253 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2664 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MUSİQİ  
16:24 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu mənzildə bəzənib, gedəm sarayda konsert verəm»

Könül Xasiyeva: «Mehriban xanımın bağışladığı üçotaqlı Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya mənzil hədiyyə olunub. VAXT.AZ xəbər verir ki, xalq artisti Könül Xasıyeva «Trend»ə açıqlamasında böyük sevinc hissi keçirdiyini və Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib:

«Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov zəng vurdu. O, Mehriban xanımın mənə üçotaqlı mənzil hədiyyə etməsi barədə xəbəri çatdırdı».

K.Xasıyeva qeyd edib ki, ona verilən mənzil Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.

Xalq artisti deyib ki, mənzil 110 kvadratmetr olmaqla üç otaqdan ibarətdir: «Mənzil tam təmirlidir, bütün mebel və məişət əşyaları ilə təchiz olunub. Mənim üçün ən xoş o oldu ki, mənzil ulu öndərin adını daşıyan prospektdə, ulu öndərimizin adını daşıyan mərkəzin lap yaxınlığında yerləşir. İndi bircə arzum qalıb. Bu mənzildə bəzənim, gedəm Heydər Əliyev Sarayında konsert verəm».

«İlk növbədə, bizim çox hörmətli dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya öz ailəmiz adından, muğamsevər xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Bunu təkcə mənə yox, Azərbaycan milli musiqisinə verilən dəyər kimi qiymətləndirirəm. Çox hörmətli Mehriban xanım həmişə sənət insanlarına qayğı göstərir. Hər zaman bunun şahidi olmuşuq. Bu gün də eyni sevinci mən yaşadım».



   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *