vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
17:58 | 1 may 2024 | Çərşənbə Məqaləyə 467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İki dövlət həlli artıq çox çətindir”

Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin köklü jurnalı “Time”a verdiyi müsahibədə yenidən seçiləcəyi təqdirdə yürüdəcəyi siyasətlərdən danışıb.

Jurnalın siyasi redaktoru Eric Kortellessaya müsahibə verən Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, bir çox mövzuda daha aqressiv siyasət yürüdəcəyini bildirib.

Dünən dərc olunan müsahibəsində Tramp Qəzza müharibəsində iki dövlətli həll yolunu çətin hesab etdiyini bildirib və bu açıqlamaları verib: “Bir dəfə iki dövlətli həllin işləyə biləcəyini düşünürdüm. Amma bu, indi çox çətin görünür. Buna nail olmaq əslində çox daha çətin olacaq”.

Tramp seçiləcəyi təqdirdə İsrailə göndərilən hərbi yardımı dayandırıb-dayandırmayacağı ilə bağlı sualı cavablandırmasa da, 7 oktyabr hücumlarının qarşısını ala bilməyən İsrailin baş naziri Bünyamin Netanyahuya qarşı tənqidləri haqlı gördüyünü bildirib.

“Mənim dövrümdə terror olmayıb. İŞİD-i 100 faiz təmizlədik” deyən 77 yaşlı siyasətçi, İran və İsrailin müharibə edəcəyi təqdirdə Təl-Əviv rəhbərliyinə dəstək verəcəklərini bildirib.

Meksika sərhədindən ölkəyə qeyri-qanuni yollarla daxil olan mühacirlərə qarşı sərt tədbirlər görəcəyini bildirən Tramp bu şəxslərin deportasiyasını Milli Qvardiyaya həvalə edəcəyini ifadə edərək, “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”.

Respublikaçıların lideri sənədsiz immiqrantlar haqqında da “Bunlar mülki deyil. Bunlar ölkəmizə qeyri-qanuni yollarla daxil olan insanlardır”, – deyib.

ABŞ-dəki radikal sağçılar və Tramp tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrini təsdiqləmək üçün sessiyanın keçirildiyi Konqresin binasına 6 yanvar 2021-ci ildə basqın ediblər.

Tramp rəqibi ABŞ prezidenti Co Baydenə uduzacağı təqdirdə belə bir ssenarinin təkrarlana biləcəyinə eyham vurub və deyib: “Məncə qalib gələcəyik. Təbii ki, qalib gəlməsək, vəziyyət dəyişir. Bu, həmişə seçkinin ədalətli olub-olmamasından asılıdır”.

Keçmiş prezident əlavə edib ki, Konqresə basqında təqsirli bilinənlərə amnistiya verilməsini “mütləq nəzərdən keçirəcək”.