vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ASİYA  
09:43 | 11 aprel 2024 | Cümə axşamı Məqaləyə 573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Taliban “Facebook”a qadağan edib

“Twitter”də isə mavi rəng ödənişli xidmətindən istifadə edir

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Taliban rejimi “Facebook”a girişi məhdudlaşdırmaq və ya tamamilə bloklamaq planlarını açıqlayıb. Əfqanıstanın telekommunikasiya və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Nəcibullah Həqqani keçən həftə Kabildə yerləşən TOLO xəbərlərinə müsahibəsində planları təsdiqləyib.

İyirmi illik mühasirə və müharibədən əziyyət çəkən ölkədə milyonlarla insanın mobil xidmətlərə və internetə çıxışı məhduddur və geniş məlumat kəsilməsi mövcuddur. De-fakto hakimiyyət orqanları qızların və qadınların təhsili və işləməsi, rəsmi təhsil müəssisələri, musiqi vasitəsilə əyləncə, bərbər və baxım xidmətləri, qadınların milli parklara, ictimai yerlərə və parklara çıxışı kimi bir çox gündəlik fəaliyyətləri artıq qadağan edib.

Jurnalistləri Müdafiə Komitəsi (JMK) bildirib ki, sərt islamçı rejim BBC, ABŞ Konqresinin maliyyələşdirdiyi “Amerikanın Səsi”, Azad Avropa Radiosu və Almaniyanın ictimai yayımı kimi xarici xəbər təşkilatlarının səhifələrini də qadağan edib. “Deutsche Welle”, “Facebook” səhifələrinin qadağan edilsə də, ancaq bu sosial şəbəkənin ölkədəki oxuculara hələ də əlçatan olduğunu izah edib.

JMK Əfqanıstanda “Facebook”un məhdudlaşdırılması və ya bloklanması qərarının müharibədən əziyyət çəkən ölkədə “məlumat azadlığına daha bir zərbə vuracağını” bildirib.

Təşkilat Əfqanıstanda jurnalistlərin saxlanması, əfqan xəbər saytlarının bağlanması və xarici media qurumlarına çıxışın məhdudlaşdırılmasına da diqqət çəkib. JMK-nın Asiya Proqramı Koordinatoru Beh Lih Yi Talibanın müvəqqəti rejiminin son planını pisləyib: “Sosial media platformaları, o cümlədən “Facebook” Talibanın 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstan media sənayesinin tənəzzülü və mətbuat azadlığına qarşı basqıların yaratdığı boşluğu doldurmağa kömək etdi. Təklif olunan qadağa sayəsində Talibanın güclənən senzurası vəziyyəti daha da psiləşdirəcək”.

JMK qeyd edib ki, “Facebook” Əfqanıstanda xəbər və məlumat yaymaq üçün istifadə edilən ən populyar sosial media platformalarından biridir.

Təkcə TOLO xəbər kanalının “Facebook”da 4,5 milyondan çox izləyicisi var.

2021-ci ilin avqustunda Kabilin süqutundan sonra Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən cəmi bir gün sonra “Facebook” Taliban-ı terror təşkilatı adlandıraraq, öz platformalarında Taliban məzmununu qadağan etməyə davam edəcəyini açıqladı.

Sosial media rəsmiləri əlavə edib ki, onlar təşkilatla əlaqəli məzmunu izləmək və silmək üçün əfqan ekspertlərdən ibarət komanda yaradıblar.

Talibanın “Twitter” sosial şəbəkəsində rəsmi səhifəsi var. 2023-cü ildə təşkilatın sosial hesabında mavi rəng ödənişli xidmətdən istifadə edildiyi müəyyən olunub.